Sosial 29.12.2019 13:59

Bu gün “ASAN xidmət” işçilərinin peşə bayramıdır

Bu gün “ASAN xidmət” işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyev 2012-ci il dekabrın 29-da ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başladığını nəzərə alaraq, 2017-ci il dekabrın 29-da hər il həmin günün ölkəmizdə “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barəsində Sərəncam imzalayıb.

Rakus.az xəbər verir ki, yeddi il əvvəl fəaliyyətə başlayan “ASAN xidmət” ölkəmizdə ictimai xidmətlər sahəsində köklü dəyişikliklərə səbəb olub. İlkin mərhələdə bu konsepsiya ölkə daxilində vətəndaş-dövlət qurumu münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qaldırılmasını nəzərdə tuturdusa, indi o, ölkə hüdudlarından kənarda da uğurla tətbiq olunur.

Bir məkanda bir neçə məsələnin həll edilməsi, əlavə xərcə düşməmək, vaxt itkisinin minimuma endirilməsi “ASAN xidmət”i fərqləndirən ən başlıca xüsusiyyətlərdəndir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan bu xidmətin uğur qazanmasının əsas sirlərindən biri milli cəmiyyətin xüsusiyyətlərinin nəzərə alınmasıdır. Burada xüsusi fəaliyyət normaları tətbiq olunur. “ASAN xidmət” dünyada bu qəbildən olan yeganə strukturdur və milli intellektual brenddir.

Bu il “ASAN xidmət” mərkəzləri fəaliyyətini uğurla davam etdirib və xidmət şəbəkəsini genişləndirib. Hazırda ölkəmizdə 16 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır. Yaxın zamanlarda Tovuz, Ağcabədi, Kürdəmir və Balakəndə “ASAN xidmət” mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Həmçinin Prezident İlham Əliyev 2019-cu il 5 aprel tarixində Bakıda iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyevin sərəncamları ilə “ASAN xidmət”in funksiyaları ilbəil genişləndirilir. “Azərişıq”, “Azərsu” və “Azəriqaz” tərəfindən xidmətlərin təqdim olunduğu “ASAN Kommunal”, eləcə də “ASAN Viza”, “ABAD” mərkəzləri bu sıradandır.

Bu ilin may ayında “ASAN xidmət” mobil tətbiqi istifadəyə verilib. Mobil tətbiqin əsas məqsədi vətəndaşlar üçün çevikliyi təmin etməklə, onların əlavə vaxt itkisinin, məsrəflərinin qarşısını almaq və “ASAN xidmət” mərkəzlərinin idarəedilməsində effektivliyi artırmaqdır. Tətbiq üzərindən 90 minə yaxın müraciət qeydə alınıb.

“ASAN” xidmətin işçi heyətinin əksəriyyəti gənclərdən ibarətdir və fəaliyyət göstərdiyi yeddi il ərzində minlərlə könüllü bu konsepsiyanın ayrılmaz hissəsinə çevrilib. Hazırda 21 mindən çox könüllü “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərir. Onlar 550-dən çox fərqli layihələr həyata keçirib, 2500-dən çox təlim və treninqlərə cəlb ediliblər. 1000-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

Mərkəzlərdə dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmət göstərilir. İndiyədək “ASAN xidmət” mərkəzlərində 35 milyondan çox müraciət qeydə alınıb. Bir vətəndaş üzrə orta müraciət sayı 5-ə bərabər olub. Bu il ərzində keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 100 faizə yaxındır.

“ASAN xidmət” bir səyyar qatar və on səyyar avtobusa malikdir.

Bu il beynəlxalq əməkdaşlıq sahəsində əhəmiyyətli layihələrə imza atılıb. İyunun 24-dən 26-dək Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçirilib. Foruma dünyanın 100-dən çox ölkəsindən 800-dən çox nümayəndə qatılıb. Forumun ölkəmizdə keçirilməsinə zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, “ASAN xidmət”in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri mükafatına layiq görülməsidir. Tədbir çərçivəsində ölkəmiz rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatına layiq görülüb. Bununla yanaşı, forum zamanı Azərbaycanın təşəbbüsü ilə ölkələrin hüquqi xidmətlər göstərən dövlət orqanlarının bir assosiasiyasının yaradılması irəli sürülüb. Bu təşəbbüsə Azərbaycan da daxil olmaqla 8 ölkə qoşulub. Nəticədə dövlət xidmətləri göstərən dövlət qurumlarının ASAN Beynəlxalq Assosiasiyasının yaradılması ilə bağlı Niyyət Protokolu imzalanıb. ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsini Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, İndoneziya, Mərakeş, Monteneqro, Türkiyə və Uqandanın dövlət xidmətləri göstərən müvafiq nazirliklərinin rəhbərləri imzalayıblar.

2019-cu il dövlət xidmətlərinin elektronlaşması sahəsində də əlamətdar olub. İyunun 1-dən etibarən “myGov” portalı vətəndaşların istifadəsində verilib. “Qabaqlayıcı hökumət” konsepti əsasında hazırlanmış portal şəxsi kabinet əsaslıdır və vətəndaşlara proaktiv xidmətlər göstərilir. Portaldan artıq 40 minə yaxın vətəndaş istifadə edir. Portal üzərindən bir çox xidmətlər vətəndaşlara proaktiv formada təqdim edilir. Nəqliyyat vasitələrinin idarə edilməsi üçün “Elektron etibarnamə”lərin portal üzərindən əldə edilməsinə imkan yaradılıb.

 

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO