Maraqlı 03.01.2020 08:45

BÜRCLƏR – 3 yanvar

Qoç – həddindən artıq ziddiyyətli gündür. Gücünüzü düzgün hesablamaq çətin olacaq. Gözlənilməz təsadüf, hadisələrin ağlasığmaz şəkildə inkişafı planlarda köklü dəyişikliklərə vadar edəcək. Yersiz inadkarlıq göstərməyin, güzəştə getməyə hazır olun.

Buğa – bu gün çox uğurlu olacaq. Günün birinci yarısı xoş xəbərlərlə, böyük əhəmiyyət verdiyiniz münasibətlərin bərpası ilə əlamətdar olacaq. Bu vaxt tək köhnə romanın yenidən canlanması üçün yox, həm də işgüzar əməkdaşlığın bərpası üçün əlveişlidir. Günün ikinci yarısında yaradıcılıq potensialı artacaq, yeni başlanğıclar uğurlu olacaq.

Əkizlər – intuisiyanız itidir və bu, özünü yaxınlarınızla münasibətlərdə göstərəcək. Sevdiklərinizi nəinki ağızlarını açan kimi başa düşəcək, həm də lazım olduğu anda onların köməyinə çata biləcəksiniz.

Xərçəng – gün əlverişsiz emosional fonu ilə fərqlənəcək. Bu, bir çox münasibələrdə, ilk növbədə romantik münasibələrdə gərginliyə səbəb olacaq. Sevgililər küsüşəcək, dil tapmaqda çətinlik çəkəcək, qısqanclıq və şübhələrlə bir-birilərinə əziyyət verəcəklər. Barışmaq isə olduqca çətin olacaq.

Şir – kifayət qədər çətin gündür. Birbaşa fəaliyyət göstərmək heç cür mümkün olmur, manevrlər etmək, fəndgirliyə əl atmaq lazım gəlir. Təəssüf ki, intriqalar meydanında bədxahlarınız daha yaxşı oynayırlar. İşgüzar danışıqlar üçün münasib gün deyil.

Sizə təzyiq göstərmək istəyən yaxın adamlarla dil tapmaq xeyli çətindir. Maraqlarınızı müdafiə etmək üçün kifayət qədər sərt davranmaq lazım gələcək. Yaşlı nəslin nümayəndələri ilə münaqişələr mümkündür.

Qız – diqqəti işə cəlb etməklə uğurlar əldə etmək olar. Danışıqlar aparmaq, əməkdaşlığa başlamaq və işgüzar səfərlər üçün münsib gündür. İş partnyorlarınızla fikir ayrılıqları mümkündür. Lakin yekdil mövqeyə gələ biləcəksiniz. Həyat potensialı yüksək səviyyədə olacaq, ovqatınız pis olmayacaq.

Tərəzi – çox maraqlı məsələnin həlli ilə məşğul olacaqsınız. Əgər onun öhdəsindən layiqincə gəlsəniz, maraqlı təkliflər və karyera yüksəlişi özünü çox gözlətməyəcək. Yeni partnyorların axtarışı, əməkdaşlığa başlamaq üçün pis gün deyil. Bu gün insanlarla dil tapmaq, onları öz tərəfinizə çəkmək asan olacaq.

Əqrəb – bu gün ümidlərinizi doğrultmayacaq. Çox darıxdırıcı və sönük gündür. Yeni işlər, yeni təəssüratlar arzulasanız da, təəssüf ki, ulduzlar bunu təklif etməyə hazır deyillər. Bunun əvəzində xeyli yeknəsək iş, qaranlıq, bədxah adamlarla görüşlər, işdəki atmosferi yaxşılaşdırmaq üçün əbəs səylər olacaq.
Şəxsi həyatda isə işlər bir qədər yaxşıdır. Ən azı bu sahədə səyləriniz hədər olmayacaq. Yaxınlarınız sizə anlayışla yanaşacaq, sevdiyiniz şəxs diqqətdə xəsislik etməyəcək. Günün ikinci yarısına təyin olunan romantik görüşlər pis keçməyəcək.

Oxatan – sizin üçün uğursuz və çətin gündür. Qurduğunuz planlar həyata keçməyəcək, çətin və birmənalı olmayan vəziyyətə uyğunlaşmalı, ətrafdakıların dolaşıq qarşılıqlı münasibətlərindən baş çıxarmalı olacaqsınız.
Bu gün işiniz çox olacaq. Özü də onların hamısı çətin işlərdir və günün yorucu olacağı təəccüblü deyil. Dincəlməyə vaxt tapın. Gücünüzü bərpa etmək üçün işlərdən ayrılmalısınız.

Oğlaq – maliyyə mənzərəsi əlverişlidir, investisiyalar və alış-veriş üçün pis gün deyil. Xüsusilə günün ikinci yarısında sevgidə bəxtiniz gətirəcək. Bu vaxt bəzi Oğlaqlar romantik görüşə yollanacaq, bəziləri isə sevdikləri şəxslə münasibətlərdə yeni məqamlar aça biləcəklər.

Dolça – həftənin ən əlverişli günləri hələ irəlidədir. Amma bu gün də pis deyil. Diqqətinizi planlaşdırmalara yönəldin. Bu gün belə işlər üçün çox münasibdir. Analitik qabiliyyətiniz açıq şəkildə ortaya çıxacaq.
Bir çox Dolçalar, nəhayət ki, çoxdandır diqqət tələb edən ailə işləri ilə məşğul ola biləcəklər. Övladlarınızın problemləri yarana bilər və onların həlli üçün şəxsən iştirakınız, eləcə də xərc lazım gələcək.

Balıqlar – ünsiyyət üçün əlverişli gün deyil. Hətta köhnə müttəfiqlər, bir-birlərinə yaxın insanlar arasında da münaqişələr yarana bilər. Maliyyə və mülk məsələlərini həll etmək məsləhət deyil. Belə danışıqların ciddi mübahisələrə, davamlı münaqişələrə səbəb olması ehtimalı var. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO