Mətbuat 03.01.2020 16:37

“Şərq” məni vədimdən döndərdi – Tələbə yazır

Yola saldığımız 2019-cu il mənim üçün bir neçə hadisəyə görə yaddaqalan oldu. Bu ilin ortalarında BDU-nun Jurnalistika fakültəsinə qəbul olduğumu öyrəndim, sentyabrda dərslərə başladım, dekabrın son günlərində ilk yazının dərc olunmasının sevincini yaşadım.
  Fakültəmizin yenicə tanış olduğum dördüncü kurs tələbəsi Kənan Novruzovla Yeni ilə hazırlıqla bağlı reportaj hazırlamaq üçün şəhərə, daha dəqiq desəm, insanların ən çox olduğu məkanlardan birinə- “Soyuq əllər isti ürək” yarmarkasına getmişdik. Yeri gəlmişkən, qeyd edim ki, Kənanla “Jurnalist” qəzetinin 50 illiyinə həsr edilmiş xüsusi buraxılışın və onun müəllifi olduğu “Elə bir ailədənəm ki…” adlı kitabın təqdimatında tanış olmuşduq. Tədbirdə natiqlər həm “Jurnalist” ə öz səhifələrində yer ayıran “Şərq” qəzeti, həm də həmin mətbuat orqanı ilə əməkdaşlıq edən tələbə yoldaşımız haqqında xoş sözlər deyirdilər. Təsadüfə bax ki, cəmi bir neçə gün sonra onunla birlikdə hazırladığımız reportaj elə “Şərq”də də dərc olundu.
  Həmin gün nə edəcəyimizi, necə davranmaq lazım olduğunu bilmirdim. Müəllimimiz professor Akif Rüstəmovun tədris etdiyi “Jurnalistika giriş” fənnindən “Reportajın janr xüsusiyyətləri” mövzusunu xatırlamağa çalışırdım. Kənansa sanki gəzintiyə çıxıbmış kimi gəzir, arada bir də telefonunu eninə tutaraq fotolar çəkirdi. Özünə deməsəm də, ürəyimdə düşünürdüm ki, heç nə yaza bilməyəcəyik. Çünki nə mənə nə edəcəyimi deyir, nə də özü qeydlər aparırdı. Lakin yaxşı söyləyiblər ki, bütün yaxşı şeylər səbrdən sonra gəlir…
 Səbr etdim və nəticəsini gördüm. Belə ki, sağollaşanda Kənanın “Gəldik, gəzdik. Yazmaq sizin öhdənizə” sözlərindən sonra çiynimdə bir məsuliyyət hiss etdim. Yazmasam, mənə göstərdiyi etimadı doğrultmamış olacaqdım. Ona görə də evə gələn kimi öz otağıma girdim, bir neçə saat ərzində gördüyümüz hər şeyi gözümün qabağına gətirərək nə isə “cızma-qara” etdim. Bacardığım bu idi. İndiyə kimi heç vaxt bu qədər əhatəli yazı yazmamışdım, bəlkə də. Dəfələrlə oxudum, düzəltdim və yalnız ideal olduğu qənaətinə gəldikdən sonra tələbə yoldaşımıza göndərdim. Heç nə demədi. Mən də heç nə soruşmadım. Xoşuna gəlmədiyini düşünərək məyus oldum və özümə söz verdim ki, bir daha əlimə qələm almayacam.
   Beləcə iki gün keçdi. Uğursuzluğumu təzə-təzə unutmağa çalışırdım ki, Kənandan gələn mesajla təbəssümün üzümə necə qonduğunu özüm də hiss etmədim. Yazımın “Şərq”də dərc olunduğunu deyirdi. Dərhal həmin mətbuat orqanının elektron variantını tapdım. Elə səhifə yenicə açılmışdı ki, sağ tərəfdə “Yeni ilin ən gözəl mənzərəsi əl-ələ tutan cütlüklərdir” sərlövhəsini gördüm. Hə, bu, bizim reportaj idi. Böyük acgözlüklə oxudum. Cümlələrin bir çoxu mən yazdığım kimi qalsa da, yazının həcmi heç olmasa, iki dəfə böyümüşdü. Şübhəsiz, bu,  redaksiya kollektivinin köməkliyinin məhsulu idi.
   Yazının lap aşağısında imzamı görəndə yaşadığım sevinci isə heç cürə ifadə etmək mümkün deyil. Bu, mənim jurnalistika sahəsindəki ilk uğurum, ilk qələm məhsulum idi. Bəlkə də, bir reportaj hazırlayıb, onu redaktə edib, sayta yerləşdirmək “Şərq” kollektivi üçün adi bir işdir. Amma onlar həmin gün çox böyük iş gördülər. Bir tələbənin gələcək kələ- kötürlü yoluna işıq saçdılar, onun “daha yazmayacam” vədini unutdurdular.
Əfsanə Atakişizadə,
BDU Jurnalistika fakültəsinin birinci kurs tələbəsi

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO