Seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi müddəti başa çatır
Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi müddəti başa çatır.
Rakus.az xəbər verir ki, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, siyahılar məntəqə seçki komissiyaları tərəfindən səsvermə gününə azı 35 gün qalanadək, yəni 2020-ci il yanvarın 5-dək yerləşdirilməlidir.
Bundan əlavə, seçki bülletenlərinin mətninin, formasının, sayının və hazırlanmasına aid tələblərin təsdiq edilməsi müddəti də yanvarın 5-də başa çatır. Tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 35 gün qalanadək 2020-ci il yanvarın 5-dək təsdiq edilməlidir. (Trend.az)