Maraqlı 09.01.2020 08:45

BÜRCLƏR – 9 yanvar

Qoç – Bu günü sakit keçirmək tövsiyə olunur. Sizə vacib görünən məsələləri bir kənara qoyun. Eybi yox, ətrafınızdakılar bu barədə nə düşünürlərsə, qoy düşünsünlər. Tez-tez sizi özünüzdən çıxaran insanlarla ünsiyyətdən qaçın. Öz qeydinizə qalın.

Buğa – Vacib mövzuları götür-qoy edin. Öz mülahizələrinizi qohumlarınızla bölüşün, gələcək planların müzakirəsindən qaçmayın. Bu gün nikaha girmək, yaxud sevdiyiniz insanla birgə yaşamaqla bağlı qərar verə bilərsiniz.

Əkizlər – Hər kəs əsəbidir. Çox az adam qıcıqlanmadan kimisə dinləyir. Bəziləri özünənəzarəti gücləndirməyə çalışsalar da, mənfi emosiyalar lazım olmayan anda püskürür. Odur ki, münaqişəli situasiyaların çoxluğu qaçılmazdır.

Xərçəng – Günün birinci yarısında diqqətsizlik, yüngülxasiyyətlik və öz gücünü düzgün hesablamama səbəbindən çətinliklər  yarana bilər. Bu dövrdə nahaq xərclər və maliyyə itkiləri gözlənilir. Kənar fikirləri başdan ataraq işə köklənmək də çətindir.

Şir – İstənilən söhbət, ünsiyyət üçün gözəl gündür. Çətinlik çəkmədən diqqət mərkəzinə düşür, insanların rəğbətini qazanır, yeni tərəfdaşlar tapırsınız. Ziyafətə gedə, yaxud onu özünüz təşkil edə, qonaq qəbul edə bilərsiniz. Əyləncəylə, asudə vaxtla bağlı ideyalarınız möhtəşəmdir.
Mənfi tendensiyalar da yaranacaq. Bu gün baş verənləri ürəyinizə salır, təsadüfi tanışlıqları ilk baxışdan məhəbbət kimi dəyərləndirir, yersiz bir zarafatı isə təhqir kimi qəbul edirsiniz.

Qız – Bir çoxları təklikdə, yaxud ünsiyyətlərin sayını azaldaraq məhsuldar işləyə biləcəklər. Günün ikinci yarısında müsbət tendensiyaların təsiri artacaq. Bu zaman sürprizlər, xoş təsadüflər, maraqlı görüşlər mümkündür. Çoxdankı bir münaqişəni də həll etmək şansı var.

Tərəzi – Yeni tanışlıqlara can atmanız, əhatə dairənizi genişləndirmək istəyiniz ünsiyyətlərinizi kor-koranə edir. Bu, təhlükəli ola bilər, xüsusilə də xanımlar üçün. Axşam təklikdə gəzintiyə çıxa bilərsiniz.

Əqrəb – Uğurlu təsadüflər gözlənilir. Siz, yəqin ki, bunlardan istifadə edəcəksiniz. Nə istədiyini bilənlər üçün bu gün əla gündür. Azlıqda qalmısınızsa, hərəkət etməyə tələsməyin. Müxtəlif variantlar fikirləşin, hadisələrə şübhə ilə yanaşın, ağlınıza gələn hər şeyi anında həyata keçirməyə çalışmayın.

Oxatan – Gün elə də pis başlamır. Amma getdikcə mənfi yüklü hadisələr çoxalır. Planları dəyişməli, böyük səbrsizliklə gözlədiyiniz tədbirlərdən imtina etməli olursunuz. Dost və qohumlarınızla münaqişələr mümkündür, öz nöqteyi-nəzərinizi elə ciddi-cəhdlə müdafiə edirsiniz ki, müsahiblərinizin xətrinə dəyirsiniz.

Oğlaq – Bu gün daha məsuliyyətlisiniz. Ciddi yanaşma bir çox problemlərinizin həllinə kömək edir. Bunların sırasında əvvəllər heç cür öhdəsindən gələ bilmədikləriniz də var. Çoxdan darıxdığınız insanlar peyda olacaqlar. Planlaşdırılmamış görüşlər və bayramların təşkili ehtimalı var. Əgər qadınların dəstəyindən istifadə etsəniz, xırda maneələri asanlıqla aşa bilərsiniz.

Dolça – Günün yaxşı tərəfləri də var. Məsələn, bir çoxları bu gün kəşflər etməyə meyllidirlər. Bunlarsız problemlərin öhdəsindən gəlmək mümkün deyil axı! Çoxları şəxsi həyatlarında nəyisə dəyişmək istəyir və xoş təsadüfdən bunun üçün yaxşı imkanlar yaranır.

Balıqlar –  Yaxşı başlanan çox pis davam edə və fəlakətlə bitə bilər. Diqqətli olun, sınma anını – xoşbəxtlikdən bədbəxtliyə dönmə nöqtəsini – tutmaq və vəziyyəti xilas etmək şansınız var. Çətinlikləri azaltmağın başqa bir yolu – təcrübəli insanların məsləhətlərinə qulaq asın və hətta xoşunuza gəlməsə belə, təklifləri qəbul edin. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO