Mətbuat 10.04.2019 22:31

Deputatlar özəl telekanalları HƏDƏF seçdilər

“Özəl kanallarımıza baxanda adamın əti tökülür. Başdan-ayağa səviyyəsizlik, qeyri-peşəkarlıq hökm sürür”.

Rakus.az xəbər verir ki, bunu yazıçı, millət vəkili Hüseynbala Mirələmov parlamentin Mədəniyyət komitəsinin aprelin 10-da keçirilən iclasında deyib.

O, Türkiyə telekanallarından nümunə çəkib:

“Türkiyənin telekanallarına fikir verək. Baxırsan, nə qədər maraqlı verilişlər, filmlər, teleseriallar göstərilir.

Məsələn, “Möhtəşəm yüz il”i götürək. Necə baxımlı, maraqlı serialdır. Mən hətta Moskvada olarkən görürdüm ki, ruslar onu necə maraqla izləyirlər. Amma gəlin özümüzə dönüb baxaq, görək bizdə vəziyyət necədir: tək sözlə, biabırçılıq.

Guya teleserial çəkirlər, başdan-ayağa səviyyəsizlik, əttökənlikdir. Hansısa veriliş gedir, iki saat efir zəbt olunur, amma baxırsan ki, heç nə yoxdur, qeyri-peşəkarlıqdır. Ona görə hesab edirəm ki, Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılmalıdır.

Hətta, onlara elə səlahiyyət verilməlidir ki, televiziyaları birbaşa bağlaya bilsinlər. Artıq bəzi özəl telekanalların bağlanmasına ehtiyac duyulur”.

Onun fikirləri yazıçı və millət vəkili həmkarı Elmira Axundova tərəfindən dəstəklənib. E.Axundova da hesab edir ki, bəzi özəl telekanalların bağlanması məqsədəuyğun olardı:

“Onları izləmək, onlara baxmaq mümkün deyil. Sanki bu xalqa, bu dövlətə aid deyillər. Bütün günü şit, bayağı verilişlər efirləri zəbt edir, zövqlər korlanılır.

Baxırsan xarici telekanallara, məsələn, Fransanın özəl televiziyalarına, çox maraqlı verilişlər gedir. Könhə, tanınmış, korifey sənətkarlar, dünya ulduzlarından bəhs edilir, onlar bir daha dinləyicilərə çatdırılır, xatırladılır.

Amma bizdə necədir, tam biabırçılıq. Sadəcə AzTV-də belə baxımlı verilişlərə baxmaq mümkündür, qismən də İTV-də. Ona görə düşünürəm ki, doğrudan da Milli Televiziya və Radio Şurasının səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac var. Şura artıq bəzi özəl telekanalların bağlanılmasına qərar verməlidir. Belə telekanallardansa, olmaması yaxşıdır”.

Akademik, millət vəkili Ziyad Səmədzadə bəzi telekanallarda milli adət-ənələrimizə, milli mentalitetimizə zidd məqamların yaşandığını və yayımlandığını bildirib:

“Bunlar hər birimizdə ciddi təəssüf və narahatlıq doğurur. Bunlar aradan qaldırılmalıdır. Hesab edirəm ki, lazım gələrsə, bu yöndə məsələləri bir qədər qapalı şəkildə də müzakirə edə bilərik”.

Millət vəkili, bəstəkar Novruz Aslanov bədii şuralar məsələsinin təkcə mədəniyyət və incəsənət xadimləri ilə məhdudlaşdırılmasının düzgün olmadığını deyib:

“Bu şuralarda həm də aparıcıların danışığı, efir mədəniyyəti məsələsinə, həmçinin, filmlərin səsləndirilməsi məsələsinə də baxılmalıdır. Çünki bu yöndə də ciddi problemlər var. Amma bədii şuralar senzura, qadağa funksiyasını yerinə yetirməməlidir. Onlar tövsiyə verməlidir. Yox, əgər, bir-iki tövsiyə nəzərə alınmasa, o zaman qadağa işə salınmalıdır”.

Millət vəkili Gövhər Baxşəliyeva teleseriallarla bağlı məsələni önə çəkib:

“Mən istəmişəm ki, bir-iki dəfə öz seriallarımıza baxım, amma baxa bilməmişəm. Çünki mənim zövqümdə olan seriallar deyil.

Hesab edirəm ki, tarixi qəhrəmanlarımızla, tarixi şəxsiyyətlərimizlə bağlı səviyyəli teleseriallar çəkilməlidir. Bu gün Azərbaycan izləyicisinə, xüsusilə, gənc nəslə belə teleseriallar lazımdır.

Düşünürəm ki, Ağa Məhəmməd Şah Qacar, Nadir Şah, Şah İsmayıl Xətai haqqında teleseriallar çəkilməlidir. Bu işə mütləq başlamaq lazımdır. Mən demirəm ki, bütün seriallar tarixi şəxsiyyətlərimizlə bağlı olsun, bu iddiada deyiləm. Amma hesab edirəm ki, daha çox bu istiqamətə önəm verilməlidir”.

Adıçəkilən komitənin sədr müavini, professor Jalə Əliyeva da həmkarlarının fikirləri ilə razılaşdığını söyləyib: “Hər bir kanalın öz siyasəti var. Biz onlara tam müdaxilə edə bilmərik. Ona görə də həmin kanallarda yaşanan durumla bağlı ayrıca müzakirələr, dinləmələr təşkil etmək, çıxış yolları aramaq olar”. (Oxu.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO