Qida dərinizi və üzünüzü dəyişə bilər – MƏSLƏHƏT - FOTO
İstifadə etdiyiniz qidalar dərinizi və üzünüzü dəyişə bilər.
Süd
Mineral baxımından son dərəcə zəngin olan süd əsl kalsium qaynağıdır. 1 litr südün tərkibində olan kalsium 10 kq ət, 5.2 kq çörək, 12,6 kq kartof, 17 kq alma, 3,2 kq kahı, ya da 2,4 kq kökdə olan kalsiuma bərabərdir. Odur ki, sümük əriməsinin qarşısını almaq üçün süd mütləqdir.
Süddə olan proteinlər, antioksidantlar və A vitaminləri üz dərisinə nəmləndirici təsir edərək qurumasını və qırışmasını gecikdirir, eyni zamanda nəm tarazlığını qoruyur. Lakin südün içərisində yer alan laktoza çox istehlak edildikdə dəridə qara nöqtə və sızanaqlar yaranmağa başlayır. Bəzi hallarda isə şişkinliyə və yorğun üz ifadəsinə səbəb olur.
Qluten ehtiva edən qidalar
Çox miqdarda qluten yeyən insanlarda sızanaq, qara nöqtə və ləkələr əmələ gəlir. Başqa sözlə desək, qluten üz formanızı dəyişə bilər.
Bu maddə zülal növüdür və buğda, arpa və çovdar, xüsusilə ağ buğda kimi qidalarda mövcuddur. Metabolizmə zərər verən bu zülal növü həzmi çətinləşdirir və qəbizlik, şişkinlik problemlərini əmələ gətirir.
Şəkər
Şəkərin zərərli olduğunu artıq hamımız bilirik. Lazım olduğundan qat-qat çox şirniyyat yeyən insanların üz dərisi daha tez qırışır, alında dərin qırışlar, gözlərin altında torbalar əmələ gəlir, dəri solğunlaşır, eyni zamanda sızanaq problemləri özünü göstərməyə başlayır. Əgər gözəl dəriyə və üz cizgilərinə malik olmaq istəyiriksə, ilk olaraq şəkərin miqdarını aza endirməli və bu məsələyə biganə yanaşmamağı öyrənməliyik.