Yuxu çox xəstəliyə dərmandır – MƏSLƏHƏT
Həyat boyunca gözəl dəriyə sahib olmaq üçün xeyli pul sərf etmək lazım gəlir. Gecə və gündüz kremləri, skrablar, losyonlar… Dərinin təbii üsulla gözəlləşməsinin isə yuxudan asılı olduğunu unuduruq.
Rakus.az xəbər verir ki, Rakus.az xəbər verir ki, gecə boyunca dərin və rahat bir yuxu dərimizin sağlamlığına çox ciddi təsir edir.
Yuxu zamanı dəri, öz-özünü yeniləyir. Yataga yatdığımız ilk üç saatda hipofiz vəzindən böyümə hormonu ifraz olunur. Bu hormon yuxu ritmini qaydaya salır, antioksidan vəzifəsini icra edərək bədənimizi sərbəst radikallardan qoruyur. Sərbəst radikallar isə erkən qocalmanın birinci və ən önəmli səbəbidir. Melatonin hormonunun da yuxuda ifraz edildiyini unutmamalıyıq.
Dərin uxuya keçmək üçün nə etməliyik? Mutləq yataq otağını qaranlıq edin. Çünki melatonin hormonunun ifrazı qaranlıqda daha da artır. İçki və siqaretdən uzaq durmağa çalışın. Çay və kofeni axşam saatlarında qəbul etməyin. Lavanta, çobanyastığı, vanil qoxularindan da istifadə etmək olar. Ən əsası isə düzgün yataq seçimidir.