DK-nın nümayəndələri azyaşlı Nərminin ailəsini ziyarət etdilər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları (sosial işçi və psixoloq) Tovuz rayonunun Dondar Quşçu kəndində yanaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın ailəsini ziyarət ediblər.
Rakus.az xəbər verir ki, Dk-dan verilən məlumata görə ziyarət zamanı ailənin digər uşaqları və valideynlərlə söhbət aparılaraq, ailə sosial-psixoloji baxımdan qiymətləndirilmişdir. Ehtiyac olacağı təqdirdə ailə ilə müvafiq işlər aparılacaqdır.
Xatırladaq ki, yanvarın 7-də məlum hadisə ilə bağlı Komitənin mövqeyini əks etdirən mətbuat üçün açıqlama verilmişdir. Uşaqlara qarşı istənilən laqeyd münasibət, zorakılıq, qəddar davranış yolverilməzdir və bu cür hallarda qanunvericiliyə əsasən zorakılığı törədənlər mütləq şəkildə məsuliyyətə cəlb ediləcək.