Siyasi 11.04.2019 00:35

“Ermənistan monoetnik dövlətə çevrilib” – deputat

“Avropada irqi ayrı-seçkilik, ksenofobiya, antisemitizm və nifrətin başqa formalarını yayan, təhrik edən, onlara bəraət qazandıran ifadələrdən istifadə çoxalır, nifrət nitqi və dözümsüzlük artır. Bu, hamımızı ciddi narahat etməlidir. Bu gün müzakirə etdiyimiz mövzu Avropanın, ümumiyyətlə dünyanın bu günü və gələcəyi üçün çox vacibdir.

Avropada islamofobiyanın da artması bizi ciddi narahat etməlidir. Qətnamə layihəsində islamofobiyanın artmasının ciddi narahatlıq doğurması xüsusi vurğulanmalı idi. Təəssüf ki, bunu görmürük. Qətnamə layihəsində radikalizmin bir növü olan islamofobiyanın da rasizm, nifrət, antisemitizm sözündən sonra əlavə edilməsi vacibdir”.

Bu fikirləri AŞPA-da “Nifrət və dözümsüzlüklə bağlı çıxışlara qarşı mübarizədə siyasi liderlərin rolu və məsuliyyətləri” mövzusuna dair birgə müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva söyləyib.

Deputat bildirib ki, nifrət və dözümsüzlük hallarına biganə qalmaq və onun qarşısını almaq üçün ümumi səyləri gücləndirmək lazımdır. Bu kimi narahatlıq doğuran halların artmasının qarşısını almaq üçün üzv ölkələrdə məktəblərdə fərqli etnik, dini, sosial qruplara qarşı dözümlülük, hörmət və anlaşmanın öyrədilməsi vacibdir. Təhsil, mətbuat və medianın, siyasətçilərin bu məsələdə rolu böyükdür.

Q.Paşayeva diqqətə çatdırıb ki, bəzi ölkələrdə bir sıra siyasətçilərin çıxışları, KİV-də yayılan məlumatlar dözümsüzlüyün, nifrət və rasizmin artmasına xidmət edir. Belə halların qarşısı alınmasa, yaxın gələcəkdə bu, böyük faciələrə səbəb ola bilər. Bu məsuliyyət bu gündən dərk edilməli və XX əsrdə yaşanan faciələr unudulmamalıdır.

“Mən bu cür hallardan əziyyət çəkən bir ölkənin vətəndaşıyam. Ermənistan nümayəndə heyətinin üzvünün Azərbaycan haqqında yalan, yanlış məlumatlar verməsi, nifrət dolu çıxış etməsi məni ölkəmizlə bağlı həqiqətləri bir daha sizinlə bölüşməyə vadar edir. Xocalı soyqırımını törədən, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün evinə dönməsinə imkan verməyən Ermənistanın təmsilçisi buradan o insanlardan üzr istəməlidir. Amma təəssüf ki, o, hər zamankı kimi bu gün də Assambleyada Azərbaycan əleyhinə yalan, böhtan dolu məlumatlarla çıxış etdi. Ermənistanda təhsil və kütləvi informasiya vasitələri ilə siyasətçilərin gənc nəsildə azərbaycanlılara qarşı yaratdıqları dözümsüzlük və nifrətin nəticəsi olaraq 1988-ci ildə Ermənistandan 100 minlərlə azərbaycanlı zorla öz doğma torpaqlarından didərgin salınıb və Ermənistan monoetnik bir dövlətə çevrilib. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edib və Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçirib. Bir milyondan çox azərbaycanlı öz ölkəsində məcburi köçkün olub. Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrə, eləcə də AŞPA-nın məlum 1416 saylı qətnaməsinə baxmayaraq, Ermənistan onların öz evlərinə qayıtmalarına imkan vermir. Bu qədər böyük insan faciəsi əslində müzakirə etdiyimiz bu mövzunu daha da geniş mənada anlamağımıza kömək edə bilər. Mən bu cür hallardan əziyyət çəkən bir ölkənin təmsilçisi kimi məruzədə əksini tapan bütün məsələləri dəstəkləyir, üzv ölkələri bu məsələlərə həssaslığı daha da artırmağa, Ermənistanın cinayətlərinə biganə qalmamağa çağırıram”, – Q.Paşayeva bildirib.

Deputat vurğulayıb ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkədir. Azərbaycanda yaşayan müxtəlif dinlərin və millətlərin nümayəndələri heç vaxt dözümsüzlük və ya hansısa fobiyalarla rastlaşmayıblar. Tolerantlıq və multikulturalizm Azərbaycanda əsrlərlə mövcud olub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi uğurla fəaliyyət göstərir. Azərbaycan dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsi istiqamətində bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib, bir çox beynəlxalq tədbirlərin təşkilatçısı olub.

Azərbaycanlı deputat harada olmasından asılı olmayaraq mənfi meyillərin qarşısının alınması istiqamətində ümumi səyləri daha da gücləndirməyə çağırıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO