Təhlil 10.01.2020 23:39

Ukrayna təyyarəsinin Tehran faciəsi – müəmmalı qəza – TƏHLİL - FOTO

Tehran hava limanından qalxandan qısa müddət sonra qəzaya uğrayan Ukraynanın sərnişin təyyarəsinin ekipaj üzvləri təyyarəni geri döndərməyə çalışıb, pilot isə radio ilə hər hansı problemin olduğuna dair məlumat verməyib.

Rakus.az xəbər verir ki, bunu iranlı müstəntiqlər deyiblər.

İranın Mülki Aviasiya Təşkilatının ilkin hesabatında yerdə və təyyarənin yanından keçən bir digər təyyarədə olan şahidlərə istinadən bildirib ki, Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus təyyarə yerə düşməzdən öncə yanırdı.

Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı bir gün öncə Kyiv istiqamətində hərəkət edən təyyarənin qəzaya uğraması nətivəsində həyatını itirən 167 sərnişin və 9 ekipaj üzvü üçün matəm günü elan edib.

Ukraynanın xarici işlər naziri Vadim Pristaiko deyib ki, ölənlər arasında 82 iranlı, 63 kanadalı, habelə ukraynalılar, isverçlilər, əfqanıstanlılar, almanlar və britaniyalılar var.

Ottavada Kanada parlamenti üzərindəki bayraq çərşənbə günü yarıya endirilib. Baş nazir Castin Trudo deyib ki, bütün ölkə son bir neçə ildə ilk dəfə olaraq bir gündə bu qədər vətəndaşının ölməsi ilə “şok vəziyyətində və kədərlidir”.

Trudo deyib ki, sərnişinlərin 138-i Kyivdən Torontoya uçmağı planlaşdırdı. Onların çoxu iranlı tələbələr idi. Onlar qış tətilini İranda ailələri ilə keçirəndən sonra Kanadada universitetlərinə geri döndürdü. Trudo qəzayla bağlı hərtərəfli istintaqın aparılması üzərində çalışacağına söz verib.

BMT-nin baş katibi Antonio Quterreş sözçüsü vasitəsilə qurbanların ailələri və onların gəldikləri ölkələrə başsağlığını çatdırıb.

ABŞ-ın dövlət katibi Mayk Pompeo da başsağlığı bəyanatı yayıb və deyib ki, Vaşinqton Ukraynanı “mümkün yardımla” təmin etməyə hazırdır. O deyib ki, ABŞ həmçinin qəzanın səbəbi ilə bağı “istintaqda əməkdaşlığa” çağırır.

Qara qutular tapılıb

İranlı təhqiqatçılar bildirib ki, Boeing 737 təyyarəsinin qara qutuları qəzanın baş verdiyi ərazidə tapılıb.

İranın yarı-rəsmi Mehr Xəbər Agentliyi ölkənin mülki aviasiya agentliyinin rəhbərinə istinadən bildirib ki, o, qara qutuların təhqiqat üçün hansı ölkəyə göndəriləcəyini bilmir, amma İranı onları təyyarənin istehsalçısı olan və ABŞ-da qərargahlanan “Boeing”ə göndərməyəcək.

Ukrayna Prezidenti Volodimr Zelenski yanvarın 7-də İranda qəzaya uğrayan və 176 nəfərin öldüyü Ukrayna təyyarəsinin qəzaya uğraması ilə bağlı “həqiqəti” üzə çıxaracağını vəd edərək, cümə axşamı ümumxalq hüzn günü elan edib.

“9 yanvar ümumxalq hüzn günü elan edildi” – deyə, Ukrayna lideri rəsmi “Facebook” hesabında yerləşdirdiyi video müraciətində bildirib.

Qəza ilə əlaqədar prezident Zelenski Omana səfərini qısaldaraq Ukrayanaya geri dönüb.

Tehrandan Kiyevə uçarkən qəzaya uğrayan Boeing 737 təyyarəsi Ukrayna Beynəlxalq Hava Yollarına məxusus idi. Bu qəza ölkənin ən böyük daşıyıcısının ilk ölümcül qəzasıdır.

“Ukraynanın prioriteti fəlakətin səbəblərini müəyyən etməkdir. Şübhəsiz ki, həqiqətə qovuşmaq niyyətindəyik”, – Zelenski qeyd edib.

O deyib ki, 45 Ukrayna təhlükəsizlik işçisi və mütəxəssisləri istintaqda iştirak etmək üçün Tehrana yola düşüb. Onlar İranlı rəsmilərlə birlikdə qəza yerində aşkar edilən “qara qutuların deşifrə edilməsinə” və təyyarənin qalıqları arasından qurbanların kimliklərini müəyyənləşdirməyə çalışacaqlar.

Qəzada həlak olanların əksəriyyəti İran və Kanada vətandaşı olsa da, onlardan 11 nəfəri ukraynalı idi. Borispol hava limanının yola salma bölməsində həlak olmuş 9 heyyət üzvünün fotoları yerləşdirilib.

Zelinski ictimaiyyəti İranın İraqdakı ABŞ qüvvələrinə raket zərbəsi endirdikdən bir neçə dəqiqə sonra baş verən qəza ilə əlaqədar “bütün manipulyasiya, fərziyyə və sui-qəsd nəzəriyyələrindən çəkinməyə” çağırıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO