Sosial 15.01.2020 19:29

Laçınlı köçkünlər yeni qəsəbəyə yerləşdirilir - FOTO

Ağcabədi rayonunun Taxtakörpü ərazisində yeni salınmış və ötən ilin sonunda istifadəyə verilmiş 645 ailəlik üç qəsəbədə Laçından olan məcburi köçkünlərin yerləşdirilməsinə başlanılıb.

Rakus.az xəbər verir ki, yanvarın 15-də bu məqsədlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən püşkatma keçirilib.

Taxtakörpü ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yeni qəsəbələrin salınması müvafiq Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə edilmiş əlavələrdə nəzərdə tutulub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli Sərəncamı ilə həmin ərazidə 572 hektar torpaq sahəsi ayrılıb. Bunun da 134 hektarında birinci mərhələdə 645 ailə üçün 3 qəsəbə inşa edilib. Yeni qəsəbələrin layihələndirilməsi və tikintisi üzrə sifarişçi Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur.

Qəsəbələrə Taxtakörpü ərazisindəki Vağazin, Qarakeçdi və Şeylanlı obalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürülür. Yeni salınmış qəsəbələr – Vağazin obasında 256 evdən, Qarakeçdi obasında 245 evdən, Şeylanlı obasında isə 144 evdən ibarətdir. Evlərin hər birinin 0,12 hektar həyətyanı sahəsi var. Üç qəsəbədə, ümumilikdə, bir otaqlı 62, iki otaqlı 260, üç otaqlı 260, dörd otaqlı 63 ev inşa edilib. Hər bir ev fərdi sanitar qovşağı ilə təchiz olunub. Qəsəbələrdə ikisi 192 yerlik, biri isə 108 yerlik olmaqla üç məktəb binası, inzibati bina, tibb məntəqəsi tikilib, müvafiq mühəndis-kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.

Yeni qəsəbələrin elektrik təchizatını təmin etmək məqsədi ilə mövcud 330/110/10kV-luq “Ağcabədi” yarımstansiyasının 110 kV-luq Açıq Paylayıcı Qurğularında 110 kV-luq avadanlıqlar dəyişdirilməklə yenidənqurma işləri aparılıb, eyni zamanda, mövcud 110/10 kV-luq “Taxtakörpü” yarımstansiyanın ərazisində 35 kV-luq yeni Qapalı Paylayıcı Qurğu üçün bina tikilib. Qəsəbələrin qidalandırılması üçün 35 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkilib, 35/10 kV-luq yeni qapalı yarımstansiya inşa edilib, 6,3 MVA gücündə iki transformator, bundan əlavə, 400 kVA güçündə 10/0.4 kV-luq 11 ədəd komplekt transformator yarımstansiyası quraşdırılıb. Qəsəbələrin ərazisinin işıqlandırılması təmin olunub.

Yuxarı Qarabağ kanalından magistral suverici kəmər vasitəsilə qəsəbələrin yaxınlığındakı su anbarlarına su vurulur. Burada iki hissəyə bölünən su ehtiyatının bir hissəsi içməli su təchizatı üçün su anbarları sahəsində yerləşən sudurulducu qurğuya nəql edilir, bir hissəsi isə həyətyanı sahələrin suvarılması üçün istifadə olunur.

Qəsəbədaxili su şəbəkələri üzərində 106 ədəd yanğın hıdrantları qoyulub. Ərazidəki qrunt sularının səviyyəsini aşağı salmaq məqsədilə qapalı drenaj şəbəkələri və qapalı suyığıcılar tikilib, 8 ədəd drenaj nasosu quraşdırılıb.

Qəsəbələri təbii qaz təchiz etmək məqsədilə müvafiq işlər görülüb. Hər bir evdə qazla işləyən kombi tipli suqızdırıcılar quraşdırılıb. Məktəblərin və həkim məntəqəsinin istilik təchizatını təmin etmək məqsədi qəsəbələrin hər birində iki qazanxana tikilib. Hər bir qəsəbədə abadlıq işləri aparılıb, 19 ədəd sanitariya-təmizləmə meydançası tikilib və 2,3 hektar ərazidə yaşıllıqlar salınıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS