Etimadınızı əməli işimlə doğruldacam – Azər Əlixanbəyov
Növbədənkənar parlament seçkilərində namizədliyini 32 saylı Suraxanı üçüncü dairəsindən irəli sürən hüquqşünas Azər Əlixanbəyov “Etimadınızı əməli işimlə doğruldacam” devizi altında təbliğat kampaniyasına başlayıb.
Rakus.az namizədin tərcümeyi-halı ilə sizi tanış edir.
Mən Azər Talıb oğlu Əlixanbəyov 8 iyun 1983-cü ildə Naxçıvan şəhərində anadan olmuşam. 1990-1993-cü illərdə Naxçıvan şəhəri 39 saylı tam orta ümumtəhsil məktəbində, 1993-1994-cü illərdə Bakı şəhəri 23 saylı tam orta ümumtəhsil məktəbində, 1994-1995-ci illərdə Avstriya Salzburq şəhərində S.İ.P.S.-də (Salzburq İnternational Properity School), 1995- 2000-ci ildə isə Azərbaycan Universitetinin nəzdində olan İngilis dili gimnaziyasında təhsil almışam.
2000-ci ildə Türkiyə Ankara Polis Akademiyasına qəbul olunmuşam və 2005-ci ildə həmin Akademiyanı bitirmişəm.
2006-cı ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıralarına qəbul olunaraq 2008-ci ilədək Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində, 2008-2009-cu illər ərzində Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə müvəkkili vəzifəsində xidmət etmişəm.
2009-2011-ci illər ərzində “ATEF Şirkətlər Qrupu” MMC-də İdarə Heyəti sədrinin Təhlükəsizlik xidməti üzrə müavini vəzifəsində çalışmışam.
2011-2014-cü illər ərzində Suraxanı rayon İcra Hakimiyyətinin Hüquq şöbəsində məsləhətçi vəzifəsində işləmişəm.
2014-cü ildən isə hazırki vaxta qədər “ATEF Şirkətlər Qrupu” MMC-də idarə heyəti sədrinin Təhlükəsizlik xidməti üzrə müavini vəzifəsində çalışıram.