Siyasi 17.01.2020 19:36

BMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd yayıb

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin rəhbəri tərəfindən azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən qanunsuz həbs olunması ilə bağlı BMT-nin Baş katibinə ünvanladığı məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi dərc edilib.

Rakus.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Sənəddə Ermənistan tərəfindən nəzarət olunan, təcavüzün, irqi ayrı-seçkiliyin və etnik təmizləmənin nəticəsindən başqa bir şey olmayan qondarma rejimin qeyri-qanuniliyinin beynəlxalq səviyyədə dəfələrlə bəyan edildiyi öz əksini tapıb. Bu xüsusda, 2015-ci ilin 16 iyun tarixində qəbul edilmiş “Çıraqov və başqaları Ermənistana qarşı” adlı Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının qərarına istinad edilərək qeyd edilir ki, Ermənistan Dağlıq Qarabağ regionunda və Azərbaycanın digər işğal olunmuş ərazilərində tam nəzarəti həyata keçirir.

Eyni zamanda, sənəddə beynəlxalq ictimaiyyətin Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionu və ətraf ərazilər də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini davamlı şəkildə dəstəklədiyi, eləcə də Azərbaycan ərazilərinin işğalının pislənildiyi qeyd olunur, işğal olunmuş ərazilərdən bütün erməni qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının tələb olunduğu bildirilir.

Sənəddə 11 iyul 2014-cü il tarixində azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma torpaqlarını və ata-analarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsi və digər azərbaycanlı mülki şəxs Həsən Həsənovun qəddarcasına qətlə yetirilməsi faktı öz əksini tapıb.

Erməni tərəfinin uydurulmuş iddialar əsasında qanunsuz olaraq D.Əsgərovu “ömürlük”, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum etdiyi sənəddə xüsusilə vurğulanır. Eyni zamanda, Həsən Həsənovun nəşinin demək olar ki 3 aydan sonra, 2014-cü ilin 2 oktyabr tarixində Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçilyi ilə qaytarıldığı qeyd olunur.

2019-cu ilin 5-6 dekabr tarixlərində Bratislavada ATƏT-in Nazirlər Şurasının 26-cı iclasında Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun çıxışı zamanı xüsusilə D.Əsgərov və Ş.Quliyevin məsələsinə toxunduğu, Ermənistan tərəfinin isə “hamının hamıya” prinsipi əsasında onların azad olunmasının əleyhinə olduğu sənəddə vurğulanır.

Bu xüsusda, Azərbaycanın BMT yanında daimi nümayəndəsi D.Əsgərov və Ş.Quliyevin qanunsuz həbsi ilə əlaqədar BMT Baş katibinə ünvanladığı məktubda Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin qanunsuz və səlahiyyətsiz qurumu tərəfindən sözügedən şəxslərin uydurma ittihamlar əsasında qanunsuz olaraq həbs olunduğunu, saxlanıldığını, süni “məhkəmə” ilə üzləşdiklərini və uzun müddətli azadlıqdan məhrumetmə ilə məhkum olunduqlarını xüsusilə qeyd edib. Eyni zamanda, D.Əsgərov və Ş.Quliyevə qarşı irəli sürülən ittihamlar barədə onlara məlumat verilmədiyi, eləcə də bir müddət yazışma və ünsiyyət hüququndan məhrum etməklə saxlanıldıqları məktubda diqqətə çatdırılır.

Sənəddə qondarma “məhkəmə”dən öncə və “məhkəmə” ərzində onların Ermənistan rəsmiləri tərəfindən səsləndirilmiş bəyanatlarda “təxribatçılar”, “qatillər” və “muzdlu cinayətkarlar” kimi qələmə verildiyini diqqətə çatdırılır, eləcə də sözügedən şəxslərə qarşı irəli sürülən ittihamların onların başa düşdükləri dildə izah olunmadığı, tərcüməçi vasitəsilə onlara adekvat köməkliyin göstərilmədiyi və “məhkəmə”nin onların başa düşmədiyi erməni dilində aparıldığı bildirilir.

Hal-hazırda D.Əsgərov və Ş.Quliyevin həbsxanada tam izolyasiyada saxlanıldığı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən səfərlər istisna olmaqla heç bir əlaqələrinin olmadığı sənəddə xüsusilə vurğulanır. Burada, həmçinin D.Əsgərov və Ş.Quliyevin etnik mənşəyinə və milli mənsubiyyətinə görə diskriminasiyaya məruz qaldığı qeyd olunur və onların həbslərinin heç bir hüquqi əsasının və ya legitimliyinin olmadığı, eləcə də sözügedən şəxslərin hüquqlarının pozulmasının Avropa İnsan Hüquqları Məhkəməsində şikayət mövzusu olduğu bildirilir.

Sonda sənəddə Azərbaycan Respublikasının BMT, eləcə də onun müvafiq insan hüquqları mexanizmləri və prosedurlarının D.Əsgərov və Ş.Quliyevin taleyinə biganə qalmayacağını, eləcə də onların dərhal və qeyd-şərtsiz azad olunması və ailələri ilə bir araya gəlmələrinin təmin edilməsi istiqamətində səy göstərəcəklərini gözlədiyi xüsusilə qeyd olunur.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO