Təhlil 21.01.2020 23:39

Trampın taleyi – Ağ Ev rəhbərinin əleyhinə azalan etirazlar – TƏHLİL - FOTO

Prezident Donald Tramp İran generalını öldürəndən və Yaxın Şərqə daha çox əsgər göndərəcəyini deyəndən bir neçə gün sonra təxminən 100 etirazçı Çikaqoda körpü üzərində etiraz keçirərək “İranda Müharibəyə Yox” şüarı yazılan plakat sərgilədi.

Rakus.az xəbər verir ki, Bostonda 200-ə yaxın insan soyuq havada yürüş etdi, Los-Anceles və digər şəhərlərdə də onlarla insan nümayiş keçirdi.

Tramp vəzifəsinin icrasına başlayandan və milyonlarla insan Vaşinqton və digər şəhərlərdə Qadınlar Marşında iştirak edəndən üç il sonra Trampa qarşı etirazların miqyası nisbətən çox kiçikdir.

Fəallar deyirlər ki, etirazçıların sayı gələn noyabr ayında keçiriləcək seçkidə Trampı vəzifədən devirmək üçün enerji və ya motivasiyanın azaldığına işarə etmir.

Onların sözlərinə görə, 2020-ci ildə Tramp əleyhinə hərəkat daha mütəşəkkildir və diqqət konkret addımlar atmağa yönəlib. Daha çox insan etiraz etmək əvəzinə namizədlər üçün seçicilərin qapılarını döyüb, onlarla söhbət edir, onlara məktublar göndərir, hansısa məsələləri təbliğ edir.

Lakin Trampın prezidnetliyinə qarşı başlayan hərəkat çəhrayı papaqlı etirazçılar Trampın inaqurasiyasından bir gün sonra Vaşinqton küçələrinə axışandan bəri parçalara bölünüb. Həmin etiraz Vyetman müharibəsi dövründən bəri şəhərdə keçirilən ən böyük etiraz idi. 2020-ci ildə prezidentliyə hansı namizədin dəstəklənməli olduğu, din və irq və eləcə də yürüşün hərəkatın müxtəlifliyini əks etdirib-etdirmədiyi ilə bağlı fikir ayrılıqları yaranıb. Solçuların çoxu noyabr seçkisindən öncə birləşməyə ehtiyaclarının olduğunu desə də, bu məsələlərdə fikir ayrılıqları davam edir.

Nyu Yorkda İranla müharibə əleyhinə etiraz
Nyu-Yorkda İranla müharibə əleyhinə etiraz

Mübahisələr ötən il Nyu-Yorkda eyni anda bir neçə fəqrli etirazların keçirilməsinə, Qadınların Marşının bəzi liderlərinin istefa verməsinə və Vaşinqton ştatından bir qrupun dağılmasına gətirib çıxardı.

Təşkilatçılar ölkə boyu təxminən 100 min nəfərin şənbə günü 180-dən çox şəhərdə keçirilməyi nəzərdə tutulan bu ilki Qadınlar Marşında iştirak edəcəyini gözləyir. Onlar deyir ki, 10 minə yaxın insanın Vaşinqtonda yürüş keçirəcəyi gözlənilir ki, bu ötən illə müqayisədə çox azdır. Ötən il Ağ Evin şərq tərəfində keçirilən yürüşdə 100 mindən çox insan iştirak etmişdi. Lakin bu il qrup böyük bir tədbir keçirmək əvəzində üç ayrı mövzu ilə əlaqədar olaraq etiraz aksiyaları keçirib. Bunlar iqlim dəyişikliyi, immiqrasiya və reproduktiv hüquq mövzularıdır.
Direktor Keitlin Bridlovun sözlərinə görə isə, bu, hərəkatın “növbəti mərhələyə keçdiyini göstərir”.

İranda müharibə əleyhinə bəzi etirazların təşkilatçısı MoveOn.org-un liderləri də onunla razılaşır. Menecer Keyt Aleksandr deyib ki, qrup və onun üzvləri Trampın əməllərinə müqavimət göstərmək məqsədilə 48 saatdan az bir müddətdə 46 ştatda 370-dən çox etiraz təşkil edib. Prezident onillərdir ABŞ qoşunları və müttəfiqlərinə qarşı ölümcül hücumlar etməkdə günahlandırılan İranın Qüds Qüvvələrənin başçısı Qasım Süleymaniyə qarşı hava hücumunun edilməsinə göstəriş verib. İran qisas alacağını söyləyib və bu müharibə olacağına dair narahatlıqlara səbəb olub.

Aleksandr qeyd edir ki, İranla müharibə əleyhinə etiraz MoveOn üzvlərinin son illərdə təşkil etdiyi etirazlardan yalnız biridir.

“İndi daha az insan etiraz etmir, sadəcə olaraq onlar fərqli kampaniyalarda iştirak edir. Görüləcək hələ çox iş var”,- Aleksandr deyib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO