Müsahibə 20.01.2020 18:00

Əfrahim Təhməzov: “20 Yanvarda sovet əsgərləri insanları vəhşicəsinə qətlə yetirirdilər”

“Qara Yanvar Azərbaycanın azadlığı uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günüdür. Həmin tarixi dövrdə oğul və qızlarımız milli azadlığımız uğrunda mübarizəyə qalxmışdır”.

Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn Əfqanıstan müharibəsi veteranı, Azərbaycan və Rusiya Jurnalistlər birliklərinin üzvü, ehtiyatda olan ədliyyə polkovniki Əfrahim Təhməzov Rakus.az-a müsahibəsində deyib.

Ə.Təhməzov bildirib ki, keçmiş SSRİ-nin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi sovet rejiminin cinayətkar mahiyyətini bir daha nümayiş etdirdi. Dəhşətli 20 Yanvar gecəsində xalqımız özünün qəhrəmanlığını və azadlıq uğrunda mübarizə əzmini bir daha bütün dünyaya bəyan etdi.

Qanlı hadisələrin canlı şahidi olduğunu deyən Ə.Təhməzov vurğulayıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıda silahsız insanları gülləboran etdi: “Sovet əsgərləri həmin gecə tankları əliyalın əhalinin üstünə sürürdü, insanları vəhşicəsinə qətlə yetirirdilər. Uşaq, cavan, ahıl demədən, hamıya atəş açırdılar. Ölən və yaralananların sayı çox idi. Hətta mənim müəllimimi də vurmuşdular. Həmin vaxtı mən Bakı Dövlət Universitetində ikinci təhsilimi alırdım. 20 Yanvar hadisələri zamanı bir neçə yoldaşla bizdə küçədə idik. Biz yaralıların xəstəxanalara aparılmasına kömək etdik. Rus əsgərlərinin heç kimə rəhmi gəlmirdi. O gecə gördüklərim dəhşətli bir mənzərə idi. Həmin gün mənim yaddaşımdan heç bir vaxt silinməz”.

O, zaman ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək başda Mixail Qorbaçov olmaqla, keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi siyasi cinayətin beynəlxalq aləmə çatdırılmasındakı tarixi xidmətlərindən danışan Ə.Təhməzov 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin məhz Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra veridiyini söyləyib.

Ə.Təhməzov qeyd edib ki, bu il xalqımız 20 Yanvar hadisələrinin 30-cu ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaq.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO