Balaca çempionun böyük uğurları
“Qələbəmi 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr edirəm!” – dəfələrlə Avropa və dünya çempionu olmuş, planetimizin ən güclü idmançıları sırasında yüksək reytinqə malik Eduard Məmmədovun yetirməsi olan 13 yaşlı Yusif Abbasov bu sözlərini uşaq səmimiyyəti və böyük sevinc hissi ilə raport verirmiş kimi səsləndirdi.
Təəssüf ki, idman şərhçilərimizin diqqətindən kənarda qalan, respublikamızın idman mühitinin əhəmiyyət vermədiyi bu maraqlı çempionat, əslində bütün mənalarda xarici telekanallardan təkrarlamaqla təqdim olunan şəhrlərdən daha əhəmiyyətli olmalıdır. Ən azı ona görə ki, yarışlar 20 Yanvar hadisələrinin 30 illik ildönümü ilə bağlı təşkil olunmuşdu və bu ərəfədə İmişli rayonunda baş tutdu.
Hər bir kiçik qələbə böyük ZƏFƏRƏ aparan yoldur. İnanırıq ki, bu yarışaların gənc yusifləri sabah ən möhtəşəm meydanlarda qələbə qazanaraq dövlət himnimizin sədaları altında üçrəngli bayrağımızı ucaldacaqlar.