Mədəni 23.01.2020 11:29

Polad Bülbüloğlunun 75 illik yubileyi qeyd edildi - FOTO

Moskva Müzikl teatrında Azərbaycanın Xalq artisti, bəstəkar, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 75 illik yubileyinə həsr olunan musiqili gecə keçirilib.

Rakus.az xəbər verir ki, tədbirdə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Rusiya parlamentinin deputatları, xarici ölkələrin səfirləri, hər iki ölkənin tanınmış ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər.

Polad Bülbüloğlu Rusiya Dövlət Simfonik Orkestrinin müşayiəti ilə üç saatlıq konsert proqramı ilə çıxış edib, “Gəl ey səhər”, “Zəng et”, “Ay Dilbər”, “Qorxma mən səninləyəm” filmindəki və digər sevilən mahnıları ifa edib. Bundan başqa, sənətkarın “Məhəbbət və ölüm” baletindən fraqmentlər, simfonik orkestr üçün bəstələdiyi əsərlər Rusiya Dövlət Simfonik Orkestrinin ifasında səslənib.

Tədbirin aparıcısı Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy olub.

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko APA-ya açıqlamasında bildirib ki, Polad Bülbüloğlunu mükəmməl bəstəkar və müğənni kimi qiymətləndirib: “Polad Bülbüloğlu möhtəşəm formadadır. Onun mahnıları hər zaman hit olub”.

Rusiyalı Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitə sədri Konstantin Kosaçov deyib ki, Polad Bülbüloğlu müasir Rusiya və sovet insanın ürəyində iz qoyub: “Biz hamımız onun mahnıları ilə böyümüşük. Onun həyata və insanlara münasibəti hər kəsə bir nümunədir”.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Polad Bülbüloğluna xidməti və yaradıcılıq uğurları arzulayıb.

Polad Bülbüloğlu tədbirdə iştirak edən bütün qonaqlara və pərəstişkarlarına təşəkkürünü bildirib: “Çox şadam ki, bu konsert baş tutdu. Sonuncu dəfə 5 il bundan qabaq Moskvada və Bakıda konsert vermişdim. Çox şadam ki, zal dolu idi, pərəstişkarlarım gəlmişdi. Qürurverici haldır ki, Azərbaycan musiqisi Moskvanın mərkəzində səslənir. Konserti Bakı haqqında mahnımla açıb, Azərbaycan haqqında mahnı ilə bitirdim. Bugünkü konsertdən böyük zövq aldım. Yenidən səhnədə olmağıma çox şadam. Yaxın günlərdə Bakıda Heydər Əliyev sarayında verəcəyim konsertə hazırlıq gedir”. (apa.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO