Gözəl görünmək üçün saçlarınıza qulluq edin – MƏSLƏHƏT
Sağlam saçlarla sahib olmaq insan üçün çox önəmlidir.
Rakus.az xəbər verir ki, qadının özünü cazibədar və gözəl hiss etməsi üçün üzünə qulluqla yanaşı, saçların da baxımı mütləqdir. Hətta ən yaxşı saçlara belə düzgün qulluq, mütəmadi baxım olmasa, quru və cansız görünə bilər.
Ona görə də saçlarınızı nəmləndirən, uzadan və düzləşməsində böyük təsiri olan məhlulla yumaq məsləhətdir. Onun hazırlanması qaydası belədir:
Ərzaqlar:
Yarım stəkan süd
1 çay qaşığı bal
1 ədəd banan
Sprey qabı
İncə dişli daraq
Hazırlanma və istifadə qaydası:
Sprey qabına südü və balı əlavə edib çalxalayın. Başqa bir kasada bananı əzdikdən sonra südün yanına tökərək qarışdırın. Daha sonra məhlulu bütün saçınıza sıxın və darayın. 20 dəqiqə gözlədikdən sonra saçlarınızı təbii şampunla yuyun.