Hərbi 27.01.2020 22:53

Çin silah istehsalında Rusiyanı geridə qoydu

Stokholm Beynəlxalq Dünya Problemlərinin Araşdırılması İnstitutunun (SIPRI) yeni tədqiqatı göstərir ki, Çin silah istehsalı sahəsində Rusiyanı geridə qoyaraq, bu göstərici üzrə ABŞ-dan sonra dünyada ikinci yeri tutub.

Rakus.az xəbər verir ki, yeni tədqiqat hazırda Çin şirkətləri tərəfindən silah istehsalının geniş mənzərəsini təqdim edib.

SIPRI-nin 2015-2017-ci illər üçün əldə etdiyi informasiyada Çinin iri silah şirkətləri tərəfindən istehsal olunmuş silahlar barədə məlumat təqdim olunub. Araşdırmada barəsində dürüst maliyyə informasiyası verilən dörd şirkət nəzərdən keçirilib. Şirkətlər adi silahlar istehsalının üç sektorunu əhatə edir: aviakosmik sənaye, elektronika və yerüstü sistemlər. İndi həmin şirkətlər barəsində informasiya daha ətraflı olduğuna görə, Çin hərbi sənayesinin miqyası haqqında yetərincə etibarlı rəqəmlər gətirmək olar. Bundan əlavə, tədqiqatçılar belə qənaətə gəliblər ki, dünyanın ən iri silah istehsalçılarından biri Çindədir.

2017-ci ildə “TOP-100 SIPRI”yə daxil olmuş 20 ən iri şirkətdən 11-i ABŞ-da və Qərbi Avropa ölkələrində, 3-ü Rusiyada yerləşib. Araşdırma gedişində göstərilmiş Çinin dörd silah şirkətinin hamısı ilk iyirmilikdə yer alıb. Silah satışının ümumi həcmi 54,1 milyard dollara bərabər olub. Bundan əlavə, şirkətlərdən üçü ilk 10 şirkət sırasına daxil olub. Çin Aviasiya-Sənaye Korporasiyası (AVIC) hazırda Çinin ən iri silah istehsalçısıdır. Onun silah satışının həcmi 20,1 milyard dollara bərabərdir. Şirkət istehsalın həcminə görə dünyada altıncı yeri tutur. Çinin NORINCO şirkəti 17,2 milyard dollar satış həcmi ilə səkkizinci yeri tutub və faktiki olaraq dünyanın ən iri yerüstü sistemlər istehsalçısı olub.

Beləliklə, SIPRI ekspertləri belə qənaətə gəliblər ki, bu sahə ilə bağlı informasiyanın məxfi olmasına baxmayaraq, Çinin silah şirkətləri dünyanın ən iri silah şirkətlərindən sayılır və onların məcmu payı isə bu ölkəni dünyanın ikinci ən böyük silah istehsalçısına çevirir.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO