Birjalarda neftin qiyməti – STATİSTİKA
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,34 ABŞ dolları və yaxud 2,04% azalıb.
Rakus.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,37 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66dollar) qeydə alınıb.
Dünya birjalarında da neftin qiyməti ucuzlaşıb. Belə ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,30 dollar geriləyərək 59,39 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,23 dollar ucuzlaşaraq 52,96 dollar təşkil edib.