Siyasi 11.04.2019 23:11

Matviyenko Azərbaycanı çox bəyənir

“Azərbaycan və Rusiya arasında parlamentlərarası əməkdaşlıq üzrə fəaliyyətimizi uyğunlaşdırmağın vaxtıdır”.

Rakus.az xəbər verir ki, bu sözləri Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko söyləyib.

Xanım Valentina Matviyenko deyib ki, Federasiya Şurasının nümayəndə heyətinin Azərbaycana yenidən səfər etməsindən məmnundur. O, eyni zamanda, sonuncu dəfə Azərbaycana beş il əvvəl səfər etdiyini xatırladaraq deyib: “Rusiya-Azərbaycan əlaqələri bütün istiqamətlərdə – siyasi, iqtisadi, energetika, humanitar və digər sahələrdə çox fəal inkişaf edir. Bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.

Federasiya Şurasının sədri vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətlərində ən mühüm hadisə ötən ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri, onun Prezident Vladimir Putinlə əhatəli danışıqları olub. Bu səfər çərçivəsində 15-dən çox mühüm sənəd imzalanıb. Onların arasında Rusiya və Azərbaycan hökumətlərinin əməkdaşlığına dair proqram, həmçinin konkret, məzmunlu, zəngin, o cümlədən əlaqələrin inkişafını ehtiva edən Fəaliyyət Planı var.

Federasiya Şurasının sədri deyib ki, onun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfərinin məqsədi iki ölkənin parlamentlərinin bu irimiqyaslı planın həyata keçirilməsində rolunu və yerini Azərbaycanın Milli Məclisində müzakirə etməkdir. Bu, öz növbəsində, Rusiya-Azərbaycan münasibətlərinə yeni güclü impuls verəcək. Yəni, parlamentlərin işgüzar iqtisadi əməkdaşlıq, regionlar arasında qarşılıqlı fəaliyyət, o cümlədən humanitar sahədə daha əlverişli şəraitin yaradılması üçün hansı işləri görə biləcəkləri və görməli olduqlarını müzakirə edəcəyik. Bizim gündəliyimiz çox böyükdür, danışmağa mövzu çoxdur, parlamentlərarası əməkdaşlığın yeni formatlarını müəyyənləşdirməli və təsdiq etməliyik. Çünki parlamentlər arasında əməkdaşlıq həmişə dövlətlərarası münasibətlərin mühüm tərkib hissəsidir.

Xanım Valentina Matviyenko onu da qeyd edib ki, bu gün Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin açılış mərasimində iştirak edəcək. O deyib: “Bu, gözəl, maraqlı və yaxşı layihədir. Növbəti ildə biz Azərbaycanın mədəniyyət xadimlərini Rusiyada gözləyəcəyik, həmçinin təhsil və mədəniyyət sahələrində gələcək əməkdaşlığımızı inkişaf etdirmək məsələsini də müzakirə etmək imkanımız olacaq. Xüsusilə qeyd etmək istəyirəm ki, Rusiyada Azərbaycan Prezidentinin, Azərbaycan rəhbərliyinin rus dilinin, rus mədəniyyətinin dəstəklənməsi üzrə səylərini yüksək qiymətləndirirlər. Bu, təkcə bizim ikitərəfli münasibətlərimiz üçün deyil, həm də ölkələrimizin xalqları arasında ünsiyyət şəraitinin yaradılması baxımından çox mühümdür”.

Rusiyada Azərbaycanın mədəniyyətinə böyük maraq olduğunu vurğulayan Valentina Matviyenko deyib: “Biz, həqiqətən də gələn il Rusiyada keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərini səbirsizliklə gözləyəcəyik. Ona görə də Rusiyaya səmimi münasibət göstərən insanların olduğu dost ölkəyə yaxşı əhval-ruhiyyə ilə gəlmişik. Biz də Rusiyada Azərbaycanın sakinlərinə, vətəndaşlarına çox isti yanaşırıq”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO