Rostropoviç Beynəlxalq Festivalı Moskvada keçiriləcək
Martın 27-31-də Moskvada Mstislav Rostropoviç Beynəlxalq Festivalı keçiriləcək.
Rakus.az xəbər verir ki, festivalın əsas konsert meydançası Konservatoriyanın Böyük zalı olacaq.
Festivalda Rusiya və Avropanın böyük musiqi kollektivləri, gənc və dünyaşöhrətli musiqiçilər iştirak edəcəklər. Mstislav Rostropoviç Beynəlxalq Festivalının yekun konsertində isə Lyej Kral Filarmoniya Orkestrinin Rusiyada ilk çıxışı olacaq.
Mstislav Rostropoviç Beynəlxalq Festivalı görkəmli musiqiçinin xatirəsinə ehtiram əlaməti olaraq 2010-cu ildə M. L. Rostropoviç Mədəniyyət və Humanitar Proqramlar Fondu tərəfindən təsis edilib. Onun təsisçisi və bədii rəhbəri Rusiyanın Əməkdar mədəniyyət işçisi Olqa Rostropoviçdir. Festivalın fəaliyyət göstərdiyi on il ərzində 36 orkestr, 103 solist, 10 xor kollektivi və 39 dirijor onun qonaqları olublar.