Siyasi 31.01.2020 23:39

Trampın Şərqi Qüds təklifi – Fələstinlilərin etirazı – TƏHLİL - FOTO - VİDEO

ABŞ Prezidenti Donald Tramp Fələstinin paytaxtı Şərqi Qüds olmaqla müstəqil dövlət elan olunmasını təklif edib.

Rakus.az xəbər verir ki, Donlad Tramp bunu İsrailin baş naziri Benyamin Netanyahu ilə Ağ Ev görüşü zamanı bildirib. Plana əsasən, İordan çayının qərb sahili xəritəsi yenidən müəyyən ediləcək və fələstinlilərə dövlətçilik yolu açılacaq. Fələstinlilər plana etiraz edərək, ərəb dünyasını planı boykot etməyə çağırıb.

İki ölkə liderinin Ağ Evdəki görüşü zamanı fələstinlilər Donald Tramp və Benyamin Netanyahunun portretlərini yandırıb.

Plan İsrailin Qüds üzərindəki suverenliyini tanımaqla yanaşı, İordan çayının qərb sahilinin sərhədlərinin yenidən müəyyən edilməsinə çağırır.

“Biz İsraillə birgə komitə təsis edəcəyik, dərhal əldə edilməsi üçün daha dəqiq konseptual xəritə çəkəcəyik”, – Tramp bildirib.

Planda iki dövlətçilik konsepsiyası da yer alır. Fələstinin paytaxtı Şərqi Qüds olmaqla müstəqil dövlət elan olunması təklif edilir.

Tramp Fələstin ərazilərinin iki dəfə artacağını qeyd edib. Bunun müqabilində İsrailin İordan çayının qərb sahilindəki yaşayış məntələri İsrailin ərazisi hesab edilməklə yanaşı, inşaat 4 il müddətinə dayandırılacaq.

“Planın qəbul edilməməsi yaşayış məntəqələri üçün ərazilərin itirilməsi olacaq. Fələstinlilərin də çıxış yolu yoxdur. Onlar atıq ərəb dünyasının dəstəyi və maliyyə yardımından məhrumdur. Bu baxımdan al və ya rədd etdən başqa variant yoxdur. Eyni zamanda bu onlar üçün ən yaxşı variant ola bilər”, – Vaderbilt universitetindən Tomas Şvarts bildirib.

Daha əvvəl ABŞ İsrailin Qolan yüksəkliklərinin ilhaqını tanımış və səfirliyini Tel-Əvivdən Qüdsə köçürmüşdü.

Fələstinlilər planı rədd edib.

“Fələstinlilərin bunu qəbul etməsi qeyri-mümkündür. Bu, beynəlxalq qanunlar və insan haqlarına ziddir. Plan yaşayış məntəqələrinin inşasına bəraət qazandırır. Bu isə hər bir insan haqları təşkilatı tərəfindən rədd edilir. Bu, sülh yolu deyil”, – Əl-Şəbəkə təşkilatından Halah Əhməd deyib.

Plan Netanyahunun seçkiqabağı kampaniyası zamanı vəd verdiyi İordaniya vadisinin ilhaqına yol aça bilər.

“Bir çox plan İsraili həyati əhəmiyyət kəsb edən İordan vadisindən çıxmasını tələb edirdi. Lakin siz, cənab prezident İsrailin vadi və Yəhudeyə və Samariya kimi ərazilər üzərindəki suverenliyini tanıdınız”, – Netanyahu qeyd edib.

Tramp və Netanyahu yeni seçkilərə hazırlaşır. Tənqidçilər planın zamanlanmasını sual altına alıb.

“Plan İsrailin sağ cinah inşaat hərəkatı və ABŞ-ın evenqelistlərinə xədmət edir. Bunun sülh planı ilə heç bir əlaqəsi yoxdur”, – Halah Əhməd deyib.

Netanyahu korrupsiya ittihamları, Tramp isə Senatda impiçment mühakiməsi altındadır.

1993-cü il Oslo sülh sazişindən bəri Amerika prezidentləri Yaxın Şərqdə sülh planı əldə etməyə cəhd etsə də, səylərin heç biri baş tutmayıb.

Ötən iyun ayında Trampın təklif etdiyi planın iqtisadi hissəsini də fələstinlilər qəbul etməyib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO