Maraqlı 01.02.2020 08:45

BÜRCLƏR – 1 fevral

Qoç – dəqiq, ehtiyatlı, sayıq olun. Başladığınız işdə diqqətli çalışın ki, pis fəsadlara malik ciddi səhvlərə yol verməyəsiniz. Maraqlarınızı qoruyarkən qohumlarınızı və yaxınlarınızı unutmayın. Hiyləgər, fəndgir olun. Təhlükəli rəqib və ya bədxahı üstələdiyinizi düşünsəniz də, belə deyil.

Buğa – emosiyalarınızın öhdəsindən gəlin. Hirs və qıcıq problemlər yarada bilər. Dəyər verdiyiniz insanlarla münasibətləri sərinləşdirməyin, münaqişə etməyin. Özünüzü peşman və günahkar hiss edəndə yanlışlıqların fəsadlarını aradan qaldırmaq üçün konkret addım atın.

Əkizlər – imicdə dəyişikliklər üçün əlverişli zamandır. Yaradıcılıq potensialı səviyyəsi yüksəkdir. Qeyri-standart, parlaq ideyalar ola bilər. Yaxşı gəlir istisna deyil.

Xərçəng – əlverişli gündür. Qarşınızda yeni, perspektiv imkanlar yaranır. Mürəkkəb işlərdə uğur qazanmaq, çətin işləri həll etmək imkanları var. İstənilən format və səviyyəli görüşlər uğurla başa çatacaq. Əvvəllər rəqiblərinizi dəstəkləyən insanlar indi sizə yardım edirlər.

Şir – məhsuldar və perspektivli gündür. Düşünülməmiş addımlar atmayın. Tələsik qərar və ya hövsələsiz davranış fəsadlara səbəb ola bilər. Aldığınız məlumatları təhlil etmədən atılan addımların nəticələri sonradan sizi təəssüfləndirə bilər. Günün ikinci yarısında yarımçıq işi tamamlayın.

Qız – çətin, qarışıq, qarğaşalı gündür. Vurnuxmalar sizi çaşdırmasın. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirməyə hazır olun. Yalnız bu minvalla mənfi təmayüllərin öhdəsindən gələ bilərsiniz. Hadisələrin inkişaf məcrasına təsir etməyin. Situasiyanı sürətlə dəyişmək cəhdləriniz uğursuzluğa düçar olacaq. Problemlər isə tam əksinə, daha da ağırlaşaraq ciddiləşəcək.

Tərəzi – yaxın ətrafınızda yeni simalar peyda olacaq. Baş verənləri anlamağa, dəyişikliklərə hazır olmağa çalışın. Yeniliklərin bəziləri əlverişli olmasa da, situasiyadan tam bəhrələnin. Günün ikinci yarısı məhsuldar dövrdür. İşlərdə və şəxsi həyatınızda keyfiyyətli dəyişikliklər başlaya bilər.

Əqrəb – Səhhətinizə fikir verin. Qəbul etməyə hazırlaşdığınız dərman preparatlarının istifadə müddətinə diqqət yetirin. Axşam saatları yağlı, “ağır” yemək yeməyin.

Oxatan – maliyyə baxımından uğurlu gündür. Addım və qərarlarınızda qətiyyətli olun. İradəli olun, prioritetlərlə məqsədləri müəyyənləşdirin. Günün ikinci yarısında gəlir şansları yaranır. Maliyyə vəsaitindən qənaətlə bəhrələnin, bədxərclik etməyin.

Oğlaq -sizi heyrətləndirəcək, hətta təşvişə salacaq hadisələr baş verə bilər. Yaxın ətrafınızdakı insanlar sizi xəbərlər və yeni ideyalarla heyrətləndirə bilərlər. Günün ikinci yarısında problemlə qarşılaşacaqsınız. Mövqeyinizin sərt izharı dostlardan və ya yaxınlardan birinin xətrinə dəyə bilər.

Dolça – maliyyə itkiləri istisna deyil. Qüvvə və potensialınıza həddən ziyadə güvənərək düşünülməmiş addımlar atmayın. Eqoist və xudpəsənd açıqlamalar ümumi işin ziyanınadır. Günün ikinci yarısında işgüzar aktivliyi artırın. Yaxşı tanımadığınız insanlarla əlaqələr qurun, onların imkanlarından bəhrələnməyə çalışın. Axşam saatlarında dostlarla birlikdə istirahət edin.

Balıqlar – ətalətli, süst olmayın. Fəallıq nümayiş etdirin. Qarşınıza qoyduğunuz məqsədə doğru sürətlə irəliləyin. Yaxın ətrafınızdakı insanlar sizə üz tutur, problemlərini “hədiyyə” etmək istəyirlər. Maraqlarınızın tam təminatına çalışın. Tərəfdaşınız sizinlə əməkdaşlığın perspektivlərinə əsla şübhə etməməlidir. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO