Sosial 12.04.2019 11:35

Səndən üzr istəyirəm, Elina – Qənirə Paşayeva

Qənirə PAŞAYEVA
Neçə gündür Elinanın faciəli ölümünün sarsıntısı içindəyəm. Duyğumu, düşüncəmi fikrə dönüşdürmək, onları yazmaq üçün sanki sözlər də yetərli deyil…
Amma hamımıza deyiləcək ən təsirli sözü Elina özü intihardan öncə yazıb. Bu, əslində hamımıza qarşı bir uşağın, yenitemə bir qızın çağırışıdır, münasibətlər sistemindəki hansısa çatışmazlığın həyəcan siqanlıdır.
Bu münasibətlər fərddən-fərdə, ailədaxili, məktəbdaxili, hətta toplumdaxili olsa da, olayın mahiyyəti dəyişmir: Elinanın faciəli addımı özünə ciddi münasibət tələb edir.
Bu münasibəti məncə, bütün düşünən vətəndaşlarımız göstərməlidir: dərindən dərin, üfüqdən geniş! Yoxsa… “Yoxsa”sını yazmaq deyil, düşünmək belə ağırdır…
“…Məni sağ olanda çox istəyərdiniz. Öləndən sonra məni istəməyiniz lazım deyil. Mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin”.
Bir uşağa, bir yeniyetməyə bunu yazdıran ağrını hamımız hiss etməliyik. Günahkar axtarmaq, giley eləmək asandır; ən dəhşətlisi odur ki, kimsə çıxıb “üzr istəyirəm, mən də filan xətaya yol verdim, Elinanın ruhundan üzr istəyirəm!” demədi.
Məncə, bax, budur üzərində düşünməli olduğumuz əsas məsələlərdən biri. Əslində, sevgisizliyin, laqeyidliyin, biganələyin, “mənə nə var?” düşüncəsinin artdığı toplumda hamımız günahkarıq, əzizlərim.
Birimiz az, birimiz çox… Elinanın ailəsi də, müqəddəs ocaq dediyimiz məktəb də, məktəbin rəhbəri, kollektivi də, yoldaşlarına dəstək olmaq istəməyən şagirdlər də, biz ictimai fikri qidalandıran insanlar da… Bir sözlə, hamımız!..
Bu məsələ çox ciddi araşdırılmalıdır. İnanıram, Təhsil Nazirliyi və müvafiq qurumlar məsələni gərəyincə araşdıracaq. Elinaya fiziki və mənəvi təzyiq göstərən o manyak ruhlu yeniyetmə kim olub, mütləq tapılmalı, haqq etdiyi qanuni cəzanı almalıdır. Ailənin, Elinanın xalası qızının məktəb rəsmilərinə Elina ilə bağlı müraciəti niyə cavabsız qalıb və ya niyə gərəkli tədbirlər görülməyib? – hamısı ciddi araşdırılmalıdır.
Ailə qızın yaşadığı psixoloji sarsıntılar üzündən Elinanın məktəbini dəyişmək istəyəndə, niyə ona “yox” cavabı verilib, mütləq araşdırılmalıdır. Bu işdə günahkarların hamısı ciddi cəzalarını almalıdırlar. Məktəb yoldaşlarına qarşı bu qədər duyarsızlıq edən şagirdlərin psixoloji (mənəvi!) durumu ilə bağlı ciddi düşünülməli və “nə baş verir?” məqamı araşdrılmalıdır.
Bunun gələcəyi necə ola bilər? Bu vahim durumu dəyişmək üçün haradan başlamalı, nə etməliyik?!” sualları ətrafından düşünüb, təxirəsalınmaz işlərə başlamalıyıq. Ailə məsələsinə də vurğu yapmaq istərdim: ailə də özünü sorğulamalıdır: “daha nələri edə bilərdik?” deyə. Onlar üçün çox ağırdır bilirik və bu ağrılarını bölüşürük. Günahkarlar birmənalı cəzalanmalıdır, amma biz hamımız da ciddi düşünməliyik: bu sahəyə cavabdeh qurumlar, ailələr, cəmiyyət, televiziyalar…
Elina o məktubu bəlkə də yeni bir Elinanın o ağrıları yaşamaması, çıxış yolu kimi intihara əl ataraq, “məni sağ olanda istəyərdiniz”, “məni sağ olanda dinləyərdiniz” yazmaması üçün yazdı.
“Qəbrimin üstünə gəlməyin!” yazıb. Bəlkə də, bu təsirli sözləri ən azı üzr istəmək cəsarətini özümüzdə tapmamız üçün yazıb…
Elina, inanıram ki, günahkarlar mütləq cəzalanacaq və sənin o məktubla bizə verdiyin mesajı hamımız – ailələrimiz, məktəblərimiz, qurumlarımız, uşaqlarımız, gənclərimiz -, biz hamımız doğru anlayacaq və dəyişəcəyik.
Keşkə bunları sən intihar etməzdən öncə edə bilsəydik, keşkə…
Səndən üzr istəyirəm, Elina!

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO