Dövlət qulluğu üzrə 35 namizəd müxtəlif vəzifələrə gətirilir
Ümumilikdə 30 dövlət orqanında 136 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il noyabrın 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
Rakus.az xəbər verir ki, DİM-in fevralın 3-ü saat 16:05-ə olan göstəricilərinə əsasən, müsahibədə indiyədək 35 nəfər uğur qazanıb.
Onlardan 12-si Maliyyə Nazirliyində, 11-i Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, 3-ü Bakı şəhəri Xəzər Rayon Məhkəməsində, 2-si Ali Attestasiya Komissiyasında, 2-si Gəncə şəhər Nizami Rayon Məhkəməsində, 1-i Hesablama Palatasında, 1-i Sumqayıt Apellyasiya Məhkəməsində, 1-i Gəncə Ağır Cinayətlər Məhkəməsində, 1-i Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, 1 nəfər isə Salyan Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.
Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 855 nəfər sənəd verib. Müsahibə fevralın 28-də başa çatacaq.