Sosial 04.02.2020 12:42

Kulinarların Konqresi keçirildi

Bu gün “Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Kulinarlarının Konqresi keçirilib.

Rakus.az xəbər verir ki, konqresə ölkənin bütün bölgələrindən 250-yə yaxın aşpaz qatılıb.

Assosiasiyanın sədri Orxan Muxtarov bildirib ki, konqresin məqsədi gənc aşpazları bir araya gətirmək və görülən işlərin hesabatını etməkdir: “Aşpazlarımız oktyabr ayında Monteneqroda, dekabrda isə Dubayda uğur əldə ediblər. Bu gün məqsədimiz gənc aşpazları həvəsləndirmək və Azərbaycan mətbəxinin dünyada tanıdılmasıdır. Hazırda assosiasiyanın 100-dən çox üzvü var. Gələcəkdə daha çox aşpaz və insanların qoşulacağını gözləyirik.

Mayın 19-21-də Qızıl Şah 1-ci Kulinariya Çempionatı keçiriləcək ki, orda da bütün bölgələrdən aşpazların qatılacağı gözlənilir. Qeyd edim ki, çempionatın münsiflər heyəti xarici mütəxəssislər olacaq. Burada aşpazlarımız öz məharətlərini göstərəcək”.

Assosiasiyanın İdarə Heyətinin sədr müavini Fərhad Aşurbəyli iştirakçıları ötən ilin hesabatı ilə tanış edib.

O bildirib ki, bu ilin martında Lənkəranda diametri 2 metr olacaq Şah Plov hazırlanacaq: “Eyni zamanda Azərbaycanın ən görkəmli kulinarı Şahhüseyn Kərimovun xatirəsinə ucaldılan memorial abidənin açılışı olacaq”.

Assosiasiyanın İdarə heyətinin digər üzvü həkim-dietoloq Tutu Zeynalova sağlam qidalanma və mətbəx barədə danışarkən dünyanın ən əsas problemlərindən olan piylənmə barədə məlumat verib. O, piylənməni insan həyatı üçün böyük bəla adlandırıb və insanları sağlam qidalanmağa çağırıb.

Sonda iştirakçılar diplomla təltif edilib. (report.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO