Küçədə qalan sakin sığınacağa yerləşdirildi - FOTO
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Bakı şəhəri, Azadliq prospekti, 24/184 ünvanında qarajların birində kimsəsiz və baxımsız şəraitdə yaşayan vətəndaş barədə məlumat daxil olub və daxil olan müraciət əsasında tədbir görülüb”.
Rakus.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
O bildirib ki, daxil olan müraciətdən sonra dərhal vətəndaşın qaldığı ünvana gedilib: “Müəyyən edildi ki, uşaq evində böyüyən Həsənov Saleh Əbdül oğlunun hazırda 63 yaşı var, ailə həyatı qurmayıb, hazırda əmək fəaliyyəti məhduddur. 20 ildən çoxdur ki, müxtəlif ünvanlarda baxımsız vəziyyətdə yaşayır. Onunla söhbət aparıldı və razılığı ilə Nazirliyin yaşayış yeri olmayanlar üçün sığınacağına yerləşdirildi. O, sığınacaqda lazımı şəraitlə təmin olundu. Ağsaqqal vətəndaşımız ona göstərilən qayğıya görə təşəkkürünü bildirdi”. (report.az)