Üç gecədir yata bilmirəm – Brilliant Dadaşova
Xalq artisti Brilliant Dadaşova intihar edən 8-ci sinif şagirdi Elina haqda danışıb.
Rakus.az xəbər verir ki, müğənni “Hər şey daxil” verilişində deyib ki, üç gecədir yata bilmir:
“Uşağın özünü atmasına görə gecələr yata bilmirəm. Biz ağır gündə, 20 Yanvarda küçəyə çıxan xalqığ. Nə oldu ki, belə vəhşiləşdik, bir-birimizə qarşı amansızlaşdıq? Bunlar mənə təsir edir. Gələcəyimiz bu gedişlə çətin olar.
Həmin direktoru işdən çıxarmaq kifayət deyil, ona cəza verilməlidir. Ölkə başçısı insanlar üçün nələr edir. 10 milyonuncu sakinə olan diqqəti gördük.
Uşaq intihar edir, həyatına son qoyur. Qalxıb deyir ki, əxlaqsız ailədəndir. Gör, sən bizə bunu deyirsənsə, uşağa nələr demisən ki, o, intihar edib. Bundan sonra özümə gəlmək üçün mənə bir ay vaxt lazımdır”.