İdman 12.04.2019 14:30

“Raquf Orucov Kuboku” turniri keçiriləcək

III “Raquf Orucov Kuboku” beynəlxalq turnirində 7 xarici klub iştirak edəcək.

Rakus.az xəbər verir ki, bu il üçüncü dəfə keçiriləcək “Raquf Orucov Kuboku” (“Raguf Orujov Cup”) beynəlxalq cüdo turnirində 16 yerli və xarici klub komandası iştirak edəcək. Turnirin Təşkilat Komitəsinin xarici ölkə təmsilçilərinə göndərdiyi dəvətlərə cavab gəlməkdədir. Belə ki, Rusiya, Türkiyə, İran, Qazaxıstan və Gürcüstanın klub komandaları yarışlarda iştirak edəcəklərini artıq təsdiqləyiblər. Rusiyanı turnirdə Qroznı, Dərbənd və Mahaçqaladan olan komandalar təmsil edəcəklər.

“Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və silahdaşlarının xatirəsinə ehtiram əlaməti olaraq təşkil etdiyi ənənəvi beynəlxalq turnir bu il aprelin  16-17-də Bakı İdman Sarayında keçriləcək. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil edilən turnirdə yaşı 21-dək (U-21) olan gənclərdən ibarət klub komandaları birincilik uğrunda yarışacaqlar.

Əsas məqsədi  gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirmək olan beynəlxalq turnir artıq ölkəmizin idman həyatına möhkəm daxil olub. Əvvəlki iki ildəki kimi, bu il də turnirə geniş ictimai maraq var. Turnirin açılış  və mükafatlandırma mərasimində dövlət və hökumət nümayəndələrinin, parlament üzvlərinin, tanınmış idmançıların, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının iştirakı gözlənilir.

Azərbaycan Ordusunun 2016-cı il Aprel zəfəri müasir hər tariximizin  şanlı səhifəsidir. Bu zəfər nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində indi üçrəngli bayrağımız dalğalanır.  Öz rəşadətləri ilə gənclərimizə örnək olan Raquf Orucovun və digər şəhidlərin xatirəsi isə xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaqdır.

Onu da qeyd edək ki, ənənəvi beynəlxalq turnir ərəfəsində “Judo Club 2012” özünün rəsmi internet səhifəsini (www.judoclub2012.az) istifadəçilərə təqdim edib. İdmansevərlər buradan klubun fəaliyyətinə dair hərtərəfli məlumatlar əldə edə bilərlər. Səhifədə zəngin foto-video arxiv, o cümlədən  2017 və 2018-ci illərdə keçirilmiş “Raquf Orucov Kuboku” beynəlxalq cüdo turnirlərindən, klubun idmançılarının və veteran-ustaların iştirak etdikləri mötəbər yarışlardan, ötən il il Bakıda keçirilmiş cüdo üzrə dünya çempionatının qalibi olan Yaponiya yığma komandasının “Judo Club 2012” əməkdaşlıq əlaqələrindən bəhs edən videomateriallar yerləşdirilib.

Klub özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycan idmanının inkişafına öz layiqli töhfəsini verməyə çalışır.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO