Gündəm 12.04.2019 15:29

Sahil Babayev sakinlərlə görüşdü - FOTO

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələ rayonunda Qəbələ, Şəki və Oğuz rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Rakus.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ rayonundakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Nazir vətəndaşlarla görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində ölkəmizdə əhalinin rifah halının yaxşılaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. S.Babayev, eyni zamanda, dövlət başçısının cari ildə imzaladığı yeni fərman və sərəncamlarla sosial sahədə əldə olunan ciddi irəliləyişlər, həmçinin, pensiyanın minimum məbləğində, müavinət və təqaüdlərdə edilən ciddi artımlar barədə məlumat verib.

Qəbula gələn vətəndaşlar bu gün ölkədə aparılan siyasətin ilk növbədə vətəndaş rifahına xidmət etməsindən, bu siyasətin əsasında sosial ədalət və humanizm prinsiplərinin dayanmasından razılıqla söz açıblar. Onlar bu siyasətə, ardıcıl xarakter alan mühüm sosial müdafiə tədbirlərinə, regionların inkişafı, bölgələrdə yeni iş yerlərinin açılması və məşğulluq imkanlarının artırılması məqsədilə atılan əhəmiyyətli addımlara görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Vətəndaşların sosial təminat, əlilliyin qiymətləndirilməsi, məşğulluğun təminatı, özünüməşğulluq proqramına və peşə hazırlığına cəlb olunma, əmək hüquqlarının müdafiəsi, bərpa müalicəsi xidmətləri və reabilitasiya vasitələri ilə təmin edilmə və s. kimi məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciətlərdə ifadə olunan məsələlərin hər biri nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılıb, qaldırılan məsələlərin həlli üçün qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Sorğu xarakterli müraciətlərlə bağlı izahatlar, bir sıra şəxslərin müraciətləri əsasında onlara ərazidəki vakant iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı şəxslərin mövcud potensialları müqabilində özünüməşğulluq proqramına, əlilliyi olan şəxslərin bərpa müalicəsi xidmətlərinə cəlb edilməsi üçün onların qeydiyyata alınması tapşırılıb.

S.Babayev 2019-cu il ərzində nazirliyin bir sıra regional reabilitasiya müəssisələrinin, o cümlədən Şəki şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılışının, eyni zamanda, bu il Qəbələ rayonunda reabilitasiya müəssisəsinin tikintisinə başlanmasının nəzərdə tutulduğunu deyib.

Nazir bu üç rayon üzrə 2018-ci ildə 300-ə yaxın şəxsin özünüməşğulluq proqramına cəlb edildiyini, cari ildə də bölgədə proqram çərçivəsində aztəminatlı ailələr üçün yeni təsərrüfatların yaradılacağını bildirib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO