Maraqlı 10.02.2020 08:45

BÜRCLƏR – 10 fevral

Qoç – Çətin və mürəkkəb gündür. Problemlərin öhdəsindən asanlıqla gələ bilərsiniz. İşlərin hər hansı biri məcrasından çıxarsa, təşvişə qapılmayın, ruhdan düşməyin. Çevik və qıvraq olun, ətrafınızdakı insanları heyrətləndirin. Sizi nümunə sayanlar var. Ən mühüm məsələləri həll etmək olar. Onların çözümünü tapacaqsınız.

Buğa – Mühüm danışıqlar üçün münasib gündür. Maraqlarınızı asanlıqla müdafiə edirsiniz, sizə kimsə mane ola bilmir. Yaxın ətrafınızdakı insanların fikirlərini qulaqardına vurmayın. Ağıllı məsləhətlərə qulaq asın. Toplantı, konfrans, seminarlara qatılmaq, peşəkar fəaliyyət baxımından faydalı tanışlıqlara nail olmaq mümkündür.

Əkizlər – Çətin gün olsa da, ruhdan düşməyin, bədbinliyə qapılmayın. Fəal olun, məqsədə doğru qətiyyətlə irəliləyin. Nigaranlıq yarada biləcək məlumat və ya informasiyanın alınması istisna deyil. Köhnə dostlar və ya yaxın qohumlarla məsləhətləşin. Onlar dürüst qərar verməyə yardım edəcəklər.

Xərçəng – Pərişanlıq və ciddi uğursuzluqla qarşılaşmamaq üçün maksimum dərəcədə diqqətli olun. Problemlərin səbəblərini müəyyənləşdirin, onları aradan qaldırmağa səy göstərin. Maliyyə itkiləri, uğursuz anlaşmalar istisna deyil. Günün ikinci yarısında intuisiyanıza güvənsəniz, bilavasitə maliyyə məsələləri ilə bağlı işlərdə bəxtiniz gətirəcək.

Şir – Gəlir, qiymətli hədiyyə istisna deyil. Alış-veriş üçün əlverişli gündür. Sizin üçün önəmli insanlarla axşam saatlarında görüş ola bilər. Yaxşı görünməyə çalışın.

Qız – Maliyyə çətinlikləri ola bilər. Borc pul vermək olmaz, çünki bu pulları sonra sizə qaytarmayacaqlar. Sizdən çox yaşlı insanla hansısa iş barədə danışmayın. Axşam saatları travma risklidir. İti alətlərlə və texnika ilə ehtiyatlı olun.

Tərəzi – Maliyyə çətinlikləri, itkilər istisna deyil. Yaxınlarınız sizi dəstəkləməyə çalışır, yaxşı məsləhətlər verirlər. Yalnız öz fikirlərinizi həqiqət saymayın. Sükan arxasında həddən ziyadə diqqətli olun.

Əqrəb – Gün ərzində yaranacaq problemlərin öhdəsindən sürətlə gələ bilməyəcəksiniz. Çətin situasiyaya düşmüş insanlara yardım etməyi unutmayın. İşgüzar danışıqlar aparmaq, gələcəklə bağlı planları müzakirə etmək üçün əlverişli gündür. Müttəfiqlərlə fikir ayrılıqları yaransa belə, diskussiyanı konstruktiv məcraya yönəldin, münaqişə yaranmasına imkan verməyin.

Oxatan – Qəfil sürpriz, gözlənilməz hədiyyə, xoş təsadüf ola bilər. Gerçəkdən də, mühüm işdə irəliləyişə və uğura nail olmaq üçün çox çalışmalısınız. İşdən qorxmasanız, fəal olsanız, gün məhsuldar keçəcək.

Oğlaq – O qədər də uğurlu olmayan gündür. Hadisələr planlaşdırdığınız kimi inkişaf etmir. Əsəbi, sinirli olmayın. Ətrafınızdakı insanlara qarşı izafi tələblərlə çıxış etməyin. Onları sərt tənqidlərə məruz qoymayın. Günün ikinci yarısında qərar və sözlərinizi çoxları anlamayacaqlar. Emosional davranmayın.

Dolça – Yeni işlərə həvəslə başlaya bilərsiniz. Əvvəl başladığınız işləri isə səbrlə çalışaraq tamamlayın. İşdə həmkarlar, müttəfiqlər və həmfikirlərlə ixtilaflar yarana bilər. Mübahisə və boş söhbətlərə sərf etdiyiniz zamandan faydalı işlər üçün yararlanmaq olar.

Balıqlar –  Uğurlu, düşərli gündür. Əvvəlcədən hazırladığınız planları reallaşdırmaq üçün əlverişli zamandır. Əslində, improvizasiyalar da pis olmayacaq. Hansı istiqamətə getməyin gərəkdiyi barədə intuisiyanız sizə məlumat verəcək. Günün ikinci yarısında mürəkkəb və qarışıq münasibətlərdə çözümə nail olmaq, yaxın ətrafınızdakı insanların özlərini rahat hiss etmələri üçün şərait yaratmaq olar. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO