Birjalarda neftin qiyməti – STATİSTİKA
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,04 ABŞ dolları və yaxud 0,07% azalıb.
Rakus.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 60,62 ABŞ dolları təşkil edib.
“Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Dünya birjalarında isə neftin qiyməti bahalaşır. Belə ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar artaraq 54,48 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,02 dollar bahalaşaraq 50,34 dollar təşkil edib.