Maraqlı 13.02.2020 08:45

BÜRCLƏR – 13 fevral

Qoç – Maraqlı ünsiyyət vəd edən gündür. Dəvət aldığınız toplantı və tədbirlərə qatılın. Günlə bağlı xüsusi planlarınız varsa, mütləq yerinə yetirin. Bir qədər əvvəl başladığınız işləri başa vurun.

Buğa – İntuisiyanıza güvənin. Rasional olmayan addımlar, münasibətlərdəki kompromislər problemlərinizin həllinə radikal təsir edə bilər. İndi hər şeyi izah etmək asan deyil. Bacarıq və məziyyətləriniz danışıqlar prosesinə təsir edə bilər.

Əkizlər – Yeniliklər və eksperimentlər zamanı deyil. Günün ikinci yarısında maliyyə məsələlərindəki qeyri-müəyyənlik səhhətinizə təsir edə bilər. Tam bələd və ya əmin olmadığınız mövzunu inkişaf etdirməkdən çəkinin. Qüvvə toplayın. Sabah sizi ağır gün gözləyir.

Xərçəng – Perspektivlərlə prioritetləri müəyyənləşdirin. Qeyri-müəyyənlik nə qədər çox olarsa, siz bir o qədər iradəli və qətiyyətli davranmalısınız. Gün sürprizlər vəd edir. Günün ikinci yarısında ötənlərdə unutduğunuz ideya və ya insanı xatırlaya bilərsiniz.

Şir – Mühafizəkar mövqeyə meylli olun, ehtiyatlı davranın. Lakin az sonra işlərə novator yanaşmanı nümayiş etdirin. Geridə qalanlar arasında olmaq istəmirsinizsə, eksperimentlərə əl atın. Mühüm qərarın qəbulu, seçim, təklifi nəzərdən keçirmək üçün ayın ən yaxşı günlərindən biridir.

Qız – Qarşılıqlı anlaşma əldə edin. İşlərdən biri nəzərdə tutduğunuzdan artıq səy və diqqət tələb edir. Şəraitin diqtə etdiyi seçim yeni, maraqlı yola çıxara bilər. Axşam saatlarında normal istirahət edin.

Tərəzi – Güclü marağınıza, nigaranlığınıza və ya təlaşınıza səbəb ola biləcək hadisə baş verə bilər. Cavab verməyə tələsməyin. Vəziyyətin ayndınlaşmasını gözləyin. Baş verənlər təsadüf deyil. Ötənlərdəki əməllərinizdən biri indiki olayların nəticələri ilə bağlıdır.

Əqrəb – İnsanların sözləriniz və hərəkətlərinizə reaksiyasına diqqətlə fikir verin. Mənfiliyə köklənməyin. Qəfil xəbər hissiyyatınızı artıra bilər. Cavab reaksiyasında tələskənliyə yol verməyin.

Oxatan – Əlverişli və münasib gündür. Səbirsiz, kəmhövsələ olmayın. Kiçik və xırda məsələləri şişirtməyin. Ciddi məsələni həll edərkən konstruktiv dəyişikliklərdə sizə dəstək ola biləcək insanlara dəyər verin. Alış-veriş etmək olar. Ayın sonunadək olan işləri ailə üzvləri ilə müzakirə etmək olar.

Oğlaq – Tərəfdaşla səmimi olun, kimsəni aldatmayın. Günün ikinci yarısında səhvləri sürətlə aradan qaldırın. Sizdən yardım istəyən insana kömək edin. Şəxsi işlərin həllinə vaxt çatmaya bilər. Axşam saatlarını sevdiyiniz insana qayğıya həsr edin.

Dolça – Ötən günlərin gərginliyini aradan qaldırmaq üçün aktiv çalışın. Uzunmüddətli və monoton səylər tələb etməyən işlərə tez başlayaraq, tez başa vurun. Görüş və ya əyləncəni təxirə salın. Yaxın ətrafınızdakı insanlarda sizinlə bağlı ifrat gözləntilər var.

Balıqlar – Günün əksər hissəsi kursu bilinməyən dövrdür. Mühüm işləri təxirə salın. İşgüzarlıq lazımi səviyyədə olmalıdır. Yaşam arealı və çalışdığınız sahədə qayda yaradın. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətlərdə stress və sürprizlər olacaq. Dostlar və həmkarlar indi sizdən sui-istifadə etməyə çalışırlar. Hadisələrlə xəbərlərin intensivliyi artır. Daxili gərginlik səviyyəsini aşağı salın. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO