Mətbuat 12.02.2020 19:00

Mətbuat Şurası bəyanat yaydı

Bakı. Rakus.az

Azərbaycan Mətbuat Şurası medianın 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərini və seçkidən sonra yaşanmış hadisələri cəmiyyətə çatdırmaq meyllərini müşahidə edib və etməkdədir. Qurum bu xüsusda jurnalistlərin istər fevralın 9-da müxtəlif seçki məntəqələrindəki vəziyyəti, istərsə də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının binası önündəki aksiyanı işıqlandırmalarını, bununla əlaqədar yayılmış video-görüntüləri diqqətdə saxlayıb.

MŞ yaşanmış mübahisələrin, anlaşılmazlıqların, gərgin durumların söz azadlığı müstəvisində dəyərləndirilərək kütləvi informasiya vasitələrinin işinin məhdudlaşdırılması kontekstinə daşınmasından, belə fikir və mülahizələrin formalaşmasına əsas verən şübhəli durumların yaranmasından narahatdır.

Parlament seçkilərinin və onunla bağlı proseslərin işıqlandırılması fonunda narahatlıq doğuran vəziyyət yalnız Mətbuat Şurasını deyil, bütövlükdə ölkəmizin media ictimaiyyətini, jurnalist cameəsini, Azərbaycan dövlətinin müvafiq strukturlarını düşündürməlidir. Hər bir qütb üzərinə düşən missiyaya həssaslıqla yanaşmalıdır. Çünki seçki xalqın və dövlətin taleyində son dərəcə böyük əhəmiyyət daşıyan tarixi olaydır. Onu layiqincə başa çatdırmaq ölkəmizin gələcəyi, beynəlxalq miqyasdakı imici baxımından müstəsna önəm daşımaqdadır. Şura seçkinin fəaliyyət tərəflərinin, ən əsası isə cəmiyyətin hərəkətverici qüvvəsi sayılan KİV nümayəndələrinin məhz bunu rəhbər tutmalarını vacib sayır.

Azərbaycan Mətbuat Şurası jurnalistləri seçki materiallarının təqdimatına peşəkar yanaşmağa, bununla bağlı həssaslıq nümayişinə çağırır. Qurum hesab edir ki, onlar heç bir halda bu və ya digər tərəfin təmsilçisi qismində görünməməli, peşə borclarını obyektiv yerinə yetirməlidirlər. Düşünməlidirlər ki, istənilən məsələyə, o cümlədən seçkiyə peşəkar soyuqqanlılığı ilə münasibət göstərməklə onu cəmiyyətə doğru-dürüst çatdırmaq imkanları daha genişdir. 9 fevral parlament seçkilərində belə məsuliyyətli yanaşmalar az deyildi. Ancaq bır sıra hallarda ayrı-ayrı jurnalistlərin xüsusən hüquq-mühafizə orqanları əməkdaşları ilə açıq ziddiyyətlərə getdikləri, təhrikedici mövqe tutduları diqqətdən yayınmadı.

Mətbuat Şurası eyni zamanda hüquq-mühafizə orqanlarının əməkdaşlarını da peşə fəaliyyətlərinə daha həssas yanaşmağa çağırır. Onlar hərəkət və davranışlarının jurnalistlərə maneçilik cəhdi kimi dəyərləndirilməsinə şübhələr yaratmamalı, media üçün sərbəst iş imkanı verməlidirlər. Həmçinin KİV təmsilçilərini etiraz aksiyası iştirakçılarından ayrı tutmağı bacarmalıdırlar. Nəzərə almalıdırlar ki, bununla bağlı hər hansı qeyri-adekvat davranışda söz və ifadə azadlığının məhdudlaşdırılması, cəmiyyətin informasiya tələbatının ödənilməsinə əngəl olaraq qiymətləndirilmə ehtimalı böyükdür. O da nəzərə alınmalıdır ki, belə qiymətləndirmələrə ayrı-ayrı anti-azərbaycançı qüvvələrin məqsədli siyasi çalarlar gətirmək meylləri tendensiya halını alıb.

Azərbaycan Mətbuat Şurası sui-istifadə hallarını, jurnalistlərin hansısa prosesdə tərəf kimi çıxış etmələrini qətiyyətlə pisləyir. Şura bildirir ki, peşə borcunu yerinə yetirən jurnalistlərin kütləvi aksiyalara üzərində “PRESS” yazılmış gödəkçələrdə qatılmaları mütləqdir. Gödəkçələrdən istifadə onların aksiya iştirakçılarından fərqlənmələri, hüquq və mənafelərinin toxunulmazlığı baxımından vacib məqamdır.

Mətbuat Şurası jurnalist hüquqlarının müdafiəsinə hər zaman olduğu kimi, yenə də həssas yanaşaraq müvafiq dövlət orqanlarını KİV təmsilçiləri ilə mübahisəli durumların müşahidə edildiyinə, yaxud təzyiqlərin olduğunun bildirildiyinə dair müxtəlif internet saytlarda, sosial şəbəkələrdə yayılmış video-görüntüləri, müraciətləri obyektiv və operativ şəkildə araşdırmağa, mövcud istiqamətdə qanunamüvafiq tədbirlər görməyə çağırır.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO