“Bizim hüququmuz yoxdur” – MSK sədri
“Mərkəzi Seçki Komissiyası (MSK) sosial şəbəkələrdə qanun pozuntuları ilə bağlı yayılan videoları araşdıracaq”.
Rakus.az xəbər verir ki, bu barədə MSK-nın iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, qanunu pozanlar haqqında sərt tədbirlər görüləcək.
M.Pənahov deyib ki, məntəqələrdə səsverməyə müdaxilə etmək yolverilməzdir: “Səsverməni bir saniyə belə dayandırmağa hətta bizim də hüququmuz yoxdur. Amma eyni zamanda, müəyyən mənada bəzi şəxslər bundan sui-istifadə etməyə çalışırlar”.
M.Pənahov seçki məntəqələrində baş verən pozuntuları sosial şəbəkədə yayanlara təşəkkür edib: “Bəzi namizədlər yalan danışırlar, hələ bununla parlamentə deputat seçilmək istəyirlər. Onlar durub indidən yalan danışırlar. Onlar, görün, parlamentə düşsələr, nə qədər yalan danışarlar”.