Siyasi 12.04.2019 21:32

Qənirə AŞPA-nı Ermənistana təzyiq göstərməyə çağırdı

Milli Məclisin deputatı Qənirə Paşayeva AŞPA-da sərbəst müzakirələrdə Ermənistanı Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını, AŞPA-nın 1416 saylı qətnaməsini və Sərsəng su anbarı ilə bağlı qətnaməsini yerinə yetirməməkdə və Avropa Şurasını Ermənistana təzyiq göstərməməkdə ittiham edib.

Rakus.az xəbər verir ki, deputat Cənubi Qafqaz bölgəsində baş verən bəzi proseslər, Avropa Məhkəməsinin icra olunmayan qərarlar və AŞPA-nın uzun illərdir həyata keçirilməyən qətnamələr hamını narahat etməlidir deyib.

Onun sözlərinə görə, Avropa Məhkəməsinin qərarları üzv ölkələrdə icra olunmalıdır: “Amma Ermənistanın keçmiş rəhbərliyi Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını yerinə yetirməkdən imtina etdi. Doğma yurduna qayıda bilməyən qaçqın və məcburi köçkünlərin Avropa Məhkəməsinə müraciəti əsasında qəbul edilmiş bu qərarın yerinə yetirilməsi üçün Avropa Şurası qurumları da ciddi addımlar atmır və qərarın yerinə yetirilməsi üçün Ermənistanın sabiq rəhbərliyinə heç bir təzyiq göstərmir. Təəssüf olsun ki, Ermənistanın yeni rəhbərliyi də bu qərarı yerinə yetirmək üçün heç bir ciddi addım atmır. Bu məsələ Avropa Şurası Parlament Assambleyasını ciddi narahat etməlidir”.

Qənirə Paşayeva bildirib ki, “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarın qəbulundan uzun zaman keçir, onun yerinə yetirilməsi üçün AŞPA, Avropa Şurası təsisatları Ermənistana ciddi təsir və təzyiqlər göstərməlidir. Bu məsələlərə yanaşmada ikili standartlar olmamalıdır. Doğma evinə qayıda bilməyən qaçqın və məcburi köçkünlər AŞPA-nı bu məsələlərdə daha həssas olmağa çağırır. Onlar AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində də Ermənistana təzyiq göstərməyə çağırırlar. Bu qətnamənin qəbulundan 10 ildən çox zaman keçir, amma Ermənistan hələ də həmin qətnaməni yerinə yetirməkdən imtina edir və evlərindən didərgin düşən azərbaycanlıların doğma yurdlarına qayıtmasına imkan vermir.

Azərbaycanlı deputat parlamentariləri AŞPA-nın Sərsəng su anbarı ilə bağlı 2085 saylı qətnaməsindən, həmin qətnamədə Ermənistandan su ehtiyatlarından siyasi təsir və təzyiq kimi istifadə etməyə son qoymasının tələb olunmasından söz açıb. Qeyd edib ki, Ermənistan bu qətnamənin həyata keçirilməsi üçün heç bir addım atmır və on minlərlə azərbaycanlı, əhalinin sıx yaşadığı bir neçə rayon bundan ciddi əziyyət çəkir. O, Assambleyanı bu məsələyə də diqqət yetirməyə və qəbul etdiyi qətnamənin yerinə yetirilməsi istiqamətində daha sərt mexanizmlərə əl atmağa və onun yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiq etməyə çağırıb.

“Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti və Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi yaz sessiyasi çərçivəsində işğal altında olan Azərbaycan torpaqlarında vəziyyətlə bağlı tədbir keçirib və dəhşətli faktları fotolarla təqdim edib. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində tarixi-mədəni, dini abidələrin, qəbiristanlıqların dağıdılmasına AŞPA biganə qalmamalıdır, etiraz səsini ucaltmalı və bu dəhşətli vəziyyətə son qoymaq üçün Ermənistana təzyiq etməlidir. Aprelin 2-də Azərbaycanın böyük bölgələrindən biri olan Kəlbəcərin işğalından 26 il keçdi. Mayın 8-i isə qədim Şuşa şəhərinin işğalının 27-ci ili tamam olacaq. 27 ildir evlərinə qayıda bilməyən bütün azərbaycanlı köçkünlər onların pozulan haqlarının müdafiəsi istiqamətində sizdən daha fəal mövqe tutmağı, bu istiqamətdə səylərinizi daha da artırmağınızı gözləyirlər. İnsan haqlarının müdafiəsi dəyərlərinin qorunması prinsipləri üzərində qurulan AŞPA o insanların səsini dinləməli və onların öz evlərinə dönə bilməsinə dəstək olmalıdır”, – Q.Paşayeva bildirib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO