Sosial 18.02.2020 11:00

Firuz Mustafa xarizmatik, məğrur, səmimi və müstəqildir - FOTO

 

Çox xarizmatik adamdır. Özünəməxsus hərəkətləri, davranışı, məğrurluğu, dolğun mülahizələri, şux zarafatları, geyim tərzi onun varlığına xüsusi bir gözəllik verir. Çöhrəsindəki nur bu gözəlliyi tamamladığından üz-üzə gələndə qarşındakı insanın şəxsiyyət olduğunun mahiyyətinə varırsan. Ünsiyyətdə həmişə səmimidir. Ruhən müstəqil olduğundan heç vaxt haqq sözü içində məhbus kimi saxlamır. Fikirlərini azad ifadə etmək onun həyat tərzidir. Sədaqəti kimdə gördüsə, mərdliyi, cəsarəti kimdə tapdısa ona etiramla yanaşır…

Güclü müşahidə qabliyyəti var. Gördüklərini incələyib əsərlərə çevirməyi bacarır. Bu istedad ona İlahidən verilib. Rahatlığın nə olduğunu bilmir. Ərsəyə gətirdiyi kitabların sayı kifayyət qədər çoxdur. Elmi əsərlərinə gəldikdə isə hər biri örnək, təcrübə mənbəyidir. Haqqında dörd kitab işıq üzü görüb…

…Ömür-gün yoldaşı Həcər xanım tarix müəllimidir. Oğlu Aqşin kompyuter üzrə mütəxəsisdir. Qızı Güntəkin xanım isə psixoloq-pedaqoqdur…

1952-ci ildə Gədəbəy rayonunun İsalı kəndində dünyaya gəlib. 1961-ci ildən Bakıda yaşayır. Əmək fəaliyyətinə fəhləlikdən başlayıb. 1975-ci ildə Аzərbaycan Pedaqoji Universitetin filоlоgiyа fакültəsini bitirəndən sonra təyinatla Sааtlı rаyоnundа müəllim işləyib. 1977-1978-ci illərdə hərbi хidmətdə оlub və ordudan zabit kimi tərxis edilib.
1978-80-ci illərdə Аz.TV-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, “Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərib.
1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsilini davam etdirərək, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi və eləcə də fəlsəfə каfеdrаsındа dоsеnt vəzifəsində çalışıb.
Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri, habelə müхtəlif illərdə “Mааrifçi” və “Mədəniyyət” qəzеtlərinin bаş rеdакtоru vəzifələrində işləyib.
1985-ci ildə fəlsəfə üzrə nаmizədliк, 1992-ci ildə dокtоrluq dissеrtаsiyаsı müdаfiə еtmişdir. 2002-ci ildə ona Fəlsəfə və Hüquq İnstitunun Еlmi Şurаsının qərаrı ilə fəlsəfə еlmləri dокtоru аdı vеrilib. Onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа tаmаşаyа qоyulub. Yazdığı mətnlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və b. musiqi bəstələyib.
2019-cu ildə isə “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb…

Onunla cəmi bir dəfə ünsiyyətdə olmuşam. Sumqayıtda, “DünyaTv” teleradio şirkətinin o vaxt yerləşdiyi Qarabağ klubunun qarşısında. Qəlyanına köz basıb maraqlı söhbət edirdi. Müdriklərə xas olan təmkini, iti zəkası, dərin təfəkkürü, məntiqi ifadə etdiyi fikirlərə xüsusi rəng qatırdı…

Azərbaycan mədəniyyətinə yorulmadan xidmət edən bu insana elə o vaxtdan da içimdə xüsusi bir rəğbət var. Onun doğum tarixi sənədlərdə gah iyun, gah da avqust ayları göstərilsə də əslində fevral ayında dünyaya gəlib. Bəli, haqqında söhbət açdığım Firuz Mustafanın fevralın 18-də 68 yaşı tamam olur, 70-in astanasındadır. Onu bu münasibətlə təbrik edir, Ona möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram.
Yeni yaşınız mübarək, Firuz müəllim!

Elman Eldaroğlu

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO