İgid əsgər son mənzilə yola salındı - VİDEO
“DSX-nin təmas xəttində şəhid olmuş 19 yaşlı əsgəri İsmayıl Vəliyev döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına vuruşub. İgid əsgər düşmən həmləsunin qarşısını alarkən canından keçib və onun xatirəsi hər birimiz üçün əzizdir”.
Rakus.az xəbər verir ki, bu sözləri dəfn mərasimində çıxış edən DSX rəisinin şəxsi heyət üzrə müavini, general-leytenant Azad Ələkbərov deyib. Ailəsinə DSX rəisi, general-polkovnik Elçin Quliyevin başsağlığını çatdıran Azad Ələkbərov igid əsgərin qanının yerdə qalmayacağını bildirib.Dəfn mərasimndə şəhidin atası Ələmşah Vəliyevə Məcburi Köçkünlərlə və Qaçqınlarla iş üzrə Dövlət Komitəsinin Ucarda inşa etdiyi yaşayış binasından 3 otaqlı mənzilin açarı da təqdim olunub.
Şəhid əsgərin ailəsi Kəlbəcərin Mollabayramlı kəndindəndir. Ailə Zərdab rayonunda yol istismarı idarəsinin köhnə binasında yerləşmişdi. Ailənin mənzil alması şəhidin torpağa tapşırılması gününə təsadüf edib. Şəhid atası Ələmşah Vəliyev bu barədə İstiPress-in şimal bürosuna məlumat verib. Ata İsmayılın şəhid olmasından danışarkən sadəcə “Vətən sağ olsun” deməklə kifayətlənib.