Prezident SOCAR-a pul verdi
Prezident İlham Əliyev Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Rakus.az xəbər verir ki, sərəncamda deyilir:
Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 9,0 (doqquz) milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının 2020-ci ildə qazlaşdırılması nəzərdə tutulan ərazi vahidlərinin SİYAHISI:
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmişdir
Sıra
№-si |
Ərazi vahidləri |
Gəncə şəhəri | |
1. | Gəncə şəhərində 2 yeni massiv |
Daşkəsən rayonu | |
1. | Aşağı Daşkəsən kəndi |
2. | Kəmərqaya kəndi |
Göygöl rayonu | |
1. | Toğanalı kəndi |
Samux rayonu | |
1. | Sərkar kəndində yeni massiv |