İdman 02.03.2020 22:07

“Bizə pantürkist damğası vurmayın!” – “Traktor” klubu - FOTO

Təbrizin “Traktor” klubunun İdarə Heyətinin sədri Abbas İlyasi İran Teleradio Qurumunun sədri Əli Əsgəriyə məktub ünvanlayıb.

Rakus.az xəbər verir ki, məktubda televiziya proqramlarında Traktor komandası və türklərə qarşı sərgilənən ayrıseçkilik və “aparteid” anlayışına etiraz bildirilib.

Abbas İlyasinin məktubunun tam mətni İranın yarı-rəsmi Mehr xəbər agentliyinin saytında dərc edilib.

Abbas İlyasi
Abbas İlyasi

“Traktor” komandası və azarkeşlərinin məruz qaldığ “pantürkist” damğasını önə çəkən İlyasi yazıb ki, “bizi pantürkist və bölücü olmaqda günahlandırırlar. Sizin idarə etdiyiniz qurumun idman üzrə şərhçiləri və aparıcıları da bu növ yanaşmalara dəstək verirlər. Bu çirkin damğa üzündən bizim öz haqqımızdan imtina etməyimizi gözləyirlər.”

Məktubda yazılanlara əsasən, İran televiziyasında idman aparıcıları və şərhçilərin qərəzli münasibətinə son qoyulana qədər Traktor klubu matçlarının televiziyadan canlı yayımlanmasına icazə verməyəcək.

“Traktor” məsulunun məktubunda komandaya qarşı bir “aparteid” anlayışından bəhs edilib: “İran Radio və Televiziya Qurumu bütün sahələrdə ölkənin etnik icmaları arasında birliyin təmin olunması üçün çalışmalıdır. Amma son illər yayımlanan müxtəlif proqramlarda görünür ki, bəzi aparıcılar və şərhçilər buna riayət etmirlər və etnik icmaların birliyinə ziyan vururlar. Onlar qərəzli bir şəkildə bütün etnik icmalara aid olan milli mediadan sui-istifadə edirlər. Xəbər sahəsində bəzi komandaların lehinə aparteid anlayışı hakim olub.”

Abbas İlyasi məktubunda “qanunlara tabe olan türk toplumunun” bu növ “haqsızlıqlara layiq olmadığını” vurğulayıb.

Şərqi Azərbaycan Vəkillər Birliyi türklərin təhqir edilməsini qınayıb

“Əziz ölkəmizdə qanunlara türklərdən daha çox tabe olan varmı? Türk icması İranın digər etnik icmalarına görə nisbi əksəriyyətə malikdir. Lakin buna baxmayaraq, heç vaxt fars dilinə qarşı olmayıblar. Ölkənin rəsmi dilini himayə ediblər”,- məktubda dərc olunub.

“Traktor” klubunun İdarə Heyətinin sədri həmçinin “Traktor” komandasının tərəfdar sayısına görə dəfələrlə dünya rekorduna imza atdığını önə çəkib: “Keçən iki ildə matçlarının izləyici sayısına görə dəfələrlə dünya rekorduna imza atan Traktor İran televiziyasında paytaxt komandaları qədər yer almır. Traktor komandası 30 milyon tərəfdara sahib deyilmi? Əlbəttə, xatırlatmaq lazimdir ki, Traktor İranda beynəlxalq azarkeşləri olan yeganə komandadır. Ölkəmiz Traktorun bu qabiliyyətindən də yararlanmalıdır.”

İran Azərbaycanından əlavə İranın digər bölgələrində yaşayan türklər arasında da çox sayda azarkeşi olan “Traktor” klubu ölkədə türk kimliyinin simvolu kimi dəyərləndirilir. Klubun Türkiyə və Azərbaycan Respublikasında da xeyli azarkeşi var. “Traktor” komandası Türkiyə mediasında “dünyanın ən çox tərəfdarı olan türk komandası” kimi təqdim edilir.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO