Beynəlxalq Olimpiya Komitəsinin iclası keçiriləcək
Bu gün Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçiriləcək.
Rakus.az xəbər verir ki, toplantı IOC-un İsveçrənin Lozanna şəhərindəki qərargahında olacaq. İki gün davam edəcək yığıncaqda Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıqlar müzakirə olunacaq.
İcraiyyə Komitəsi koronavirusun dünyada yayılması kontekstində belə bir kütləvi tədbirin keçirilməsi ilə bağlı riskləri təhlil edəcək.
İclasın proqramında Pekin-2022 Qış Olimpiya Oyunları, Paris-2024 Yay Olimpiya Oyunları və Milan Kortina-dAmpetso-2026 Qış Olimpiya Oyunları ilə bağlı müzakirələr də yer alıb.
İK Tokio-2020-də boks yarışlarına hazırlıqla bağlı hesabatı da dinləyəcək.
Xatırladaq ki, Yaponiya paytaxtında XXXII Yay Olimpiya Oyunları 24 iyul – 9 avqustda keçiriləcək.