Siyasi 03.03.2020 21:00

 Dunya Miyatoviç Vilayət Eyvazova məktub yazdı

Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Azərbaycan daxili İşlər naziri Vilayət Eyvazova məktub göndərib.

Rakus.az xəbər verir ki, məktubda bu yaxınlarda Bakıda keçirilən etirazlar zamanı polisin dinc aksiyalara qarşı zorakılığı və nümayişçilərin dağıdılması ilə bağlı narahatlıq ifadə olunub.

Komissar xüsusən Bakının mərkəzində bütün dinc etiraz formalarının qadağan edilməsi, inzibati həbslər və cərimələr, etiraz aksiyalarını işıqlandıran jurnalistlərə qarşı amansız rəftardan narahatdır.

Dinc nümayişçilər nümayişdə iştiraklarına və fəallıqlarına görə sanksiyalara məruz qalmamalıdır, hakimiyyət isə nümayişçilərin və jurnalistlərin xəsarət alması hallarını araşdırmalıdır.

“Mənə həmçinin məlum olub ki, bir neçə etirazçı planlaşdırılan nümayişdən əvvəl həbs edilib, avtomobil və ya avtobusla uzağa, bəzən Bakıdan yüzlərlə kilometr uzaqdakı yerlərə aparılıb, bu da onların etiraz aksiyasında iştirakına imkan verməyib. Bundan başqa, etiraz aksiyalarını işıqlandıran jurnalistlər etiraz aksiyaları dağıdılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən amansız rəftara məruz qoyulub,” komissar qeyd edib.

“Hakimiyyətin tətbiq etdiyi son məhdudiyyətlərin Azərbaycanda dinc toplaşmaq azadlığına ölçüsüz müdaxilə təşkil etməsindən narahatam. Qeyd etmək istəyirəm ki, ATƏT DTİHB-nin və Venesiya Komissiyasının dinc toplaşmaq azadlığı ilə bağlı təlimatına əsasən, qabaqcadan məlumatlandırma yalnız dövlətə toplaşma azadlığı və ictimai asayiş üçün şərait yaratmaq imkanı verməyə ehtiyac olduğu zaman tələb olunur”, – o bildirib.

“Həmçinin, nümayişlər çərçivəsində fəaliyyət göstərən polis əməkdaşlarının proporsional güc tətbiqi məsələləri üzrə xüsusi hazırlıq keçməsini təmin etmək vacibdir” – Miyatoviçin məktubunda qeyd edilir.

Cavab məktubunda Vilayət Eyvazov bildirir ki, bir qrup şəxs “nəqliyyatın hərəkətinin intensiv və əhalinin sıxlığının yüksək olduğu” MSK qarşısında etiraz aksiyaları keçirirdi.

Təşkilatçılar polisə dəvət olunub və onlara əməllərinin qanunsuz olduğu bildirilib. Buna baxmayaraq, fevralın 16-da 120 nəfər MSK qarşısında yığışıb, “vətəndaşların istirahət hüququnu və nəqliyyatın normal hərəkətini pozaraq, qanunsuz mitinq” keçirməyə cəhd edib.

“Bu zonada yaşayan vətəndaşların DİN-ə daxil olan fasiləsiz şikayətlərini nəzərə alaraq, hadisə yerinə polis qüvvələri göndərilib. Qanunsuz aksiyaya son vermək tələblərinə baxmayaraq, təşkilatçılar bu çağırışlara məhəl qoymayıblar”.

Bunu nəzərə alaraq, polis aksiyanın “xüsusi aqressivliyi ilə” fərqlənən iştirakçılarını saxlayıb,” Eyvazov cavabında yazır.

Jurnalistlərə qarşı zorakılıq faktlarına gəlincə, nazir səmimi təəccüb ifadə edərək, “jurnalistlərə qarşı ümumiyyətlə zorakılıq olmadığını, əksinə, bəzi jurnalistlərin qəsdən polisin funksiyalarını yerinə yetirməsinə mane olduğunu” bildirir.

Daha sonra DİN başçısı iddia edir ki, Azərbaycan hakimiyyəti “Toplaşma Azadlığı haqqında” Qanun çərçivəsində fəaliyyət göstərir və Azərbaycan qanunvericiliyi “bir sıra Avropa ölkələrinin qanunlarından daha liberal və daha humanistdir.” (Amerikanın səsi)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO