Koronavirusla bağlı son durum AÇIQLANDI
“Hazırda ölkədə təsdiqlənən 3 koronavirus xəstəsi var. Vəziyyətləri stabil olduğuna görə onlara xəstə demək olmur. Hazırki səhhətləri qənaətbəxşdir və müşahidələri həkim nəzarəti altında davam edir”.
Rakus.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, fevralın 29-dan sərhədlərdə məhdudlaşdırılmış rejim tətbiq olunduqdan sonra 276 nəfər xüsusi dəhliz vasitəsilə İrandan Azərbaycana keçib:
“Onlar nəzərdə tutulmuş tədbirlər çərçivəsində müayinə olunaraq karantinə alınıb”.
Y.Qarayeva qeyd edib ki, ölkədə koronavirus yoluxmasını müəyyən etmək üçün kifayət sayda test vasitəsi var.
TƏBİB rəsmisi qeyd edib ki, məktəblərdə tədrisin dayandırılması qabaqlayıcı tədbirdir:
“Tövsiyə edərdik ki, valideynlər uşaqlarını bu müddət ərzində qapalı məkanlarda kütləvi insanların olduğu məkanlara aparmasınlar”. (report.az)