İqtisadi 10.03.2020 15:00

EKSPERT YAZIR: İqtisadi defolt, yoxsa iqtisadi manevr?

Dünyada baş verən son hadisələrin nəticəsi olaraq iqtisadi artım tempi demək olar, arxa plana keçməkdədir. Bu gün yalnız iqtisadi tənəzzül və iqtisadı durğunluq ön plana çıxır və bu da yaşanan son hadisələrin təzahürüdür. Yeni proqnozlara görə, mövcüd olan və yayılmaqda olan pandemiyanın (COVİD-19) fəsadları ilin sonunadək 2.3 trln ABŞ dolları həcmini ötəcək ki, bu da ehtimalla ən yaxşı hal hesab olunacaq.

Digər yayılmaqda olan yeni “virus” ötən həftənin sonununda başlalan neftlə əlaqəli epidemiyadır. Belə ki, ötən həftənin son günü OPEK+ danışıqlarında yaşanan qeyri-razılaşma dünya iqtisadi məkanında yeni dalğa ilə daxil olmaqdadır. OPEK ölkələrinin hasılatın anidən endirilməsi məsələsi məlum olduğu kimi onun iştirakçı üzvləri tərəfindən bir mənalı olaraq qarşılanmayıb.

Belə ki, Səudiyyə Ərəbistanı ilə Rusiya arasında yaşanan neqativ iqtisadi uyğunsuzluq OPEK+ ölkələrinin birgə razılaşmaya gəlməməyə səbəb olub. Hasılatın aşağı endirilməsi Rusiya, Qazaxıstan və Azərbaycan üçün arzuolunmaz olduğu bildirilən yığıncağın nəticəsində bəlli olub ki, digər bu 3 ölkə, əsasən də Rusiya 2020-ci ilin Aprel ayının 1-dən hasılatın endirilməsinin əleyhinə çıxıb.

Nəticə etibarı ilə Rusiya ümumi razılaşmadan kənar qalaraq hasilatı azaltmamağa israrlıdır ki, bu da son 3 illik mövcüd olan OPEK+ ölkələr arasında razılaşmanın dayandırılması deməkdir. FİTCH-in Rusiya üzrə nümayəndəsi Dmitriy Mariçenkonun rəyinə əsasən, neftin 1 barelinin qiymətinin 40-60 dollar çərçivəsində saxlanılmasını bu hal şübhə altında saxlayır ki, bu da qiymətin daha enməsinə səbəb olacağına dəlalət edir.

Həqiqətən də şübhə yoxdur ki, dünya neft məkanında yaşananlar bunun əyani sübutudur. Əslində, iki nəhəngin – Rusiya və Səudiyyə Ərəbistanın bu dönəmdə razılığa gəlməməsi dünya iqtisadiyyatında yeni krizisin ciddi təkanına səbəb olacaq və bu ehtimal artmaqdadır. Bəllidir ki, Səudiyyə Ərəbistanı gündəlik neft hasilatının OPEK ölkələri üçün 1.5 mln barrelə endirilməsini tələb edirdi, lakin Rusiya tərəfi bu indeksin hələ də davam etməsini ilin sonunadək tələbi ilə çıxış edirdi. Yəni mövcüd şərtlər saxlanılmaqla Rusiya tələb edirdi ki, hasilat hələ də saxlanılsın.

Lakin məntiqi yanaşıldıqda əyani şəkildə müşahidə etmək mümkündür ki, ötən ilin sonlarında başlayaraq dünyada yaşanan iqtisadi durğunluq və bu il kəskin şəkildə öz təsirini bildirən pandemiya dünya iqtisadi modelində, əsas etibarı ilə sənayə sahəsində, neftin tələbatını günlük olaraq 1.1 mln barreldən 0.5 mln barellə endirilməsinə təkan verməkdədir. Bu da qaçılmaz haldır ki, 2020-ci ilin sonunadək iqtisadir proqresin mövcüdluğu qismən də olsa şübhə altındadır və bu kimi halı da nəzərə almaq mütləq haldır.

Rusiyadan fəqrli olaraq neft hasil edən ölkələrin 90%-dən çoxu gündəlik hasilatın endirilməsinin tərəfdarıdır, lakin İran rəsmi Bican Zanqaninin qeydlərinə görə, bu kimi hallarda Rusiya ilə də razılaşmaq uyğun hesab edilərdi və anidən dəyişiklik doğrudan da müsbət təsir etməyə bilər dünya neft məkanına. Bu, belə də oldu və bir çox ekspertlər hələ də bu qərarına sürətlənməməsinin əleyhinə idilər, nəticədə dünya neft qiymətlərinin şahidiyik (30-32%-lik endirim), və ölkələrin valyuta məzənnələrinin halı da bəlli…

Təkcə rublun məzənnəsi ötən həftənin bu günü ilə müqayisədə 20%-lik bahalaşması ilə müşahidə olunmaqdadır. Bu isə ümumi proqnozların nəticəsi olaraq qeyd edə bilərik ki, qonşu dövlətdə bir çox təsərrüfat tipli məhsulların ortalama 25-30%lik artımına səbəb olacaq.

Bloomberq xəbər verir ki, əgər bu hal kəskin şəkildə davam edərsə,  Səudiyyə Ərəbistanı hasilatın daha da artırılmasına qərar verəcək və başlıca məqsəd isə OPEK+ üzv dövlətlərini, əsas etibarı ilə də Rusiyanı yenidən danışıqlar masasına əyləşdirməkdir.

Baş verənlərin nəticəsidir ki,  Yaponiya fond birjasının prioriteti hesab edilən Nikkey ötən günlük əməliyyatdan 5%-lik itki ilə üzləşib. Honkonqun əsas indikatoru hesab edilən Hanq Senq ümumi fond birjasında 25 000-lik göstərici ilə geriləyib, və Almaniya barometri hesab edilən DAX isə 10 690.08-cu nöqtədə qərarlaşmaqla 7.4%-lik itki ilə üzləşib.

Hər halda 2020-ci il heç bir müsbət halı ilə hələ də yadda qalmamaqdır. Ümid edirik ki, bəlkə bu ilin ikinci yarısında sonra ümumilikdə iqtisadi proqnozlar sabitliyə doğru addımlamış olar. Böyük ehtimalla isə dünya yeni iqtisadi modelin tərtibinə başlamalıdır, bu artıq zərurətə çevrilməkdədir.

Qafar Əliyev – iqtisadçı ekspert 

 

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO