İtaliyadakı Səfirlik vətəndaşlarımıza müraciət etdi
Azərbaycanın İtaliyadakı Səfirliyi bu ölkədən qayıtmaq istəyən Azərbaycan vətəndaşlarına müraciət edib.
Rakus.az xəbər verir ki, Səfirlik İtaliyadakı epidemioloji vəziyyətlə əlaqədar İtaliyadan qayıtmaq istəyən Azərbaycan vətəndaşlarından təcili olaraq, Səfirliyin elektron poçt ünvanlarına (rome@mission.mfa.gov.az; consul_rome@mission.mfa.gov.az) aşağıdakı məlumatları təqdim etmələrini xahiş edir:
1. Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti;
2. Viza və ya İtaliyada yaşama icazəsini təsdiq edən sənədin surəti;
3. Əlaqə məlumatları (telefon, e-mail və yaşadığı ünvan).
“Nəzərinizə çatdırırıq ki, Azərbaycana qayıdacaq şəxslər iki həftə müddətinə karantin rejimində saxlanılacaq və onlardan karantin rejiminin tələblərinə riayət etmələri tələb olunacaq”, – deyə müraciətdə bildirilib.