Gündəm 20.03.2020 00:01

Bu gün Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur.

Rakus.az xəbər verir ki, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün” deməkdir.

Bir sıra xalqlar yaz fəslinin gəlişini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram edirlər.

Ümumiyyətlə, Novruz bayramının mahiyyəti ilk olaraq yazın və baharın gəlişi ilə bağlıdır. Belə ki, Novruz bayramı ilə bağlı iki əsas məsələ var: Bunlardan biri təbiət hadisəsidir, yəni yazın, baharın gəlişidir. İkincisi, qədim və orta əsrlər dövründən qalma il təqvimidir, yəni yeni ilin başlanmasıdır. Təbii ki, təqvim kimi bu, hazırda Azərbaycanda istifadə olunmur. Çünki bizdə miladi təqvimdir. Amma bu təqvimdən vaxtı ilə əsrlər boyu bizdə də istifadə olunub. Təqvim kimi təkmilləşməsi 11-ci əsrə aiddir. Təbiətlə bağlı olan hissə isə qışın bitməsi və yazın gəlişi ilə əlaqədardır. Yazın gəlişi də ən qədim zamanlardan bəri müəyyən rituallar və ənənələrlə qeyd olunur. İnsanlar qışın yola salınması və yazın qarşılanmasını müxtəlif mərasimlərlə icra ediblər.

Novruz bayramında gecə ilə gündüzün bərabərləşməsi prosesi baş verir və Günəş Qoç bürcünə daxil olur.

Bayram kimi Novruzun tarixi çox qədimdir. Novruzun həm Bahar bayramı ilə birlikdə, həm də ayrıca bir tarixi var. Novruz Bahar bayramı kimi 11-ci əsrdən qeyd olunmağa başlayıb. Amma ayrıca Novruzun qeyd olunması bundan da qədim dövrə qədər gedib çıxır, hətta atəşpərəstlikdə də bu qeyd olunub.

Novruz bayramında bir sıra ayinlər icra olunur. Müxtəlif mərasimlər, oyunlar həyata keçirilir. Təbiəti təcəssüm etdirən səmənilər yetişdirilir. Səməni oyanan təbiətin rəmzidir. Yumurtalar boyanır, bayram şirniyyatları və xörəkləri hazırlanır. İnsanlar bir-biri ilə bayramlaşırlar. Bundan əlavə, xoruz döyüşdürmə, qoç döyüşdürmə, papaq atma və sairə mərasimlər icra olunur. Bundan əlavə kosa-kosa oyunları var. Tonqallar üzərindən atlanma kimi oyunlar var. Bunların bəziləri inanclarla bağlı olub, amma sonradan arxaikləşib və bu gün əyləncə kimi qarşılanır.

Xatırladaq ki, Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu il baharın ölkəmizə qədəm qoyması martın 20-də yerli vaxtla saat 07:49-a təsadüf edəcək və gecə ilə gündüz bərabərləşəcək. 2010-cu il fevralın 23-də BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

Bayramınız mübarək!

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO