Sosial 21.03.2020 13:41

İtaliyadan azərbaycanlı həkim danışdı - VİDEO

Dünyanı cənginə alan koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkö İtaliyadır. 
İtaliyada bu günə qədər 47 mindən çox insan virusa yoluxub, 4076 insan dünyasını dəyişib.
Rakus.az xəbər verir ki, 15 ildir ki, İtaliyada həkim kimi çalışan həmyerlimiz Bahar Yusifzadə pandemiya ilə bağlı  özəl müsahibə verib.
O deyib ki, Milanda yaşayır və orada vəziyyət çox gərgindir:
“İtalyanın Milan şəhərində yaşayıram. San Rafael hospitalının kardiologiya şöbəsində
həkiməm. Hazırda İtaliyanın şimal bölgəsində virusla bağlı ən kritik vəziyyətdir. Koronovirus ilk dəfə olaraq elə bu əyalətdə başladı. Dəqiq hesablamalara görə burada virusa yoluxanların sayı 41 mindir. Milanın ətrafında olan bölgələrdə yaşlı əhalinin sayının çox olması ilə əlaqədar ölənlərin sayı daha çoxdur”.
Bahar Yusifzadə koronavirusun İtaliyada nəyə görə bu qədər geniş yayılmasından da danışıb:
“Koronavirus ilk dəfə yayılanda heç kəs bu qədər ciddi olacağına inanmırdı. Burada heç kim onu ciddiyə almadı, hamı zarafatla qarşıladı. İndi isə heç kim qarşısını ala bilmir, hər kəs çarəsizdir. Mən düşünürəm ki, virus haqda məlumat olan zaman karantin rejimi elan olunmalı idi. O zaman bu qədər ölüm olmazdı”.
Bahar Yusifzadə Azərbaycan xalqına da müraciət edib: “Azərbaycan dövləti çox gözəl işlər görür, önləyici tədbirlər görür. İtaliyada bunu etmədilər, çox gec qaldılar. Mən sadəcə xalqımıza deyirəm ki, özlərinə karantin etsinlər, evdən bayıra çıxmasınlar. Mən sizin qədər şanslı deyiləm, işimə görə hər gün xəstəxanaya getməliyəm. Evdə otursaz, xəstəlik geniş yayılmaz. Buradakı tələbələrə də deyirəm ki, Azərbaycana dönmək lazım deyil. Onsuzda dönən kimi karantində qalacaqsız, ondansa burada evinizdə qalın”. (azxeber.com)

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO