Mətbuat 23.03.2020 19:20

Mətbuat Şurası koronavirusla bağlı KİV-lərə tövsiyələr verdi

Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin koronavirus dövründəki fəaliyyətinə dair tövsiyələr verib.

Rakus.az xəbər verir ki, dünyada koronavirus pandemiyasının yayılması ilə bir çox sahələr özlərinin fəaliyyət istiqamətlərində ciddi dəyişikliklər edirlər. Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrində də bununla bağlı çoxsaylı məsələlər əksini tapır. Ümumən həyata keçirilməkdə olan məhdudlaşdırıcı tədbirlər virusun daha geniş şəkildə yayılmasının qarşısının alınması, itkiləri minimallaşdırmaq məqsədi daşıyır. Belə bir durumda media da özünün iş prinsiplərini koronavirusla mübarizəyə səfərbər etməlidir. Təqdirəlayiq haldır ki,  ölkəmizin kütləvi informasiya vasitələri fəaliyyətlərini mövcud reallığı dərk edərək qururlar.

Azərbaycan Mətbuat Şurası bunu yüksək qiymətləndirməklə yanaşı, media orqanlarımızın işinin daha səmərəli şəkildə təşkili üçün aşağıdakı tövsiyələri irəli sürür:

– Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyənləşdirilmiş tövsiyə və tələbləri, gigiyena qaydalarını təbliğ etmək, mövcud istiqamətdəki yenilikləri diqqətdə saxlamaq;

– Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyənləşdirilmiş tövsiyə və tələbləri təbliğ etmək, dünyada mövcud istiqamətdəki reallıqları nəzərə almaq;

– Cəmiyyətə mərhəmət, xeyirxahqlıq kimi nəcib hissləri, xalqımızın adət-ənənələrindən irəli gələn dəyərləri aşılamaq;

– Dövlətə, dövlət qurumlarına inam yaratmaq. Mövcud nöqsan və çatışmazlıqların təqdimatını dövlətə inamsızlıq, etibarsızlıq motivləri ilə izah etməmək;

– Dövlət qurumlarının, ayrı-ayrı idarə, müəssisə və təşkilatların xəstəlikdən qorunmaq üçün həyata keçirdikləri fəaliyyəti təbliğ etmək, biznes sturkturlarının, müxtəlif hüqiqi və fiziki şəxslərin, vətəndaşların üzləşdikləri maliyyə itkiləri və sair məhrumiyyətlərlə bağlı materialların hazırlanmasına həssas yanaşmaq, hər hansı panikaya yol verməmək, konkret faktlara istinad etmək, real tendensiyaları vurğulamaq;

– Materialların təqdimatında faktlara əsaslanmaq. Əldə edilmiş bilgiləri ciddi şəkildə araşdırmaq, onlara tənqidi yanaşmaq, rəsmi təsdiqə nail olmaq;

– Cəmiyyətə obyektiv informasiya vermək zərurəti ilə insanlar içərisində qorxu yaradılması ehtimalı arasında balans yaratmaq. İnsanları sarsıdacaq məqamları qabartmamaqla obyektiv reallıqları önə çəkmək, daha çox koronavirusa qarşı mübarizə ruhu aşılamaq;

– Xarici mənbələrdən götürülmüş materialların təqdimatı zamanı onların həqiqətə uyğunluğuna ciddi diqqət yetirmək, müqayisəli və tənqidi yanaşmaq;

– Jurnalistlər bilməlidirlər ki, ümumən hazırkı durumda dünya üzrə koronavirusa yoluxma faizi ilə bağlı açıqlanmış rəqəmlər mövcud sahədəki vəziyyəti tam şəkildə dərk etmək, dəqiq mülahizə yürütmək üçün yetərli deyil. Buna görə də rəqəmlərə tənqidi və müqayisəli yanaşmaq şərtdir;

– Sahə üzrə ixtisaslaşmış ekspertlərə müraciət olunması. Dövlət qurumlarının, səhiyyə təşkilatlarının, tibb təhsili ocaqlarının mütəxəssislərinin rəylərinə istinad. Onların konkret mövzu üzrə mahiyyətə uyğun şəkildə biliklərini bölüşmələrinə şərait yaratmaq. Ekspertlərin fikirlərinə tənqidi və müqayisəli yanaşmaq;

– Müsahib ekspertlərin nə demək istədiklərini dəqiq şəkildə anlamaq. Həqiqətləri müəyyənləşdirmək üçün ilk baxışdan hətta sadə görünən sualların verilməsindən çəkinməmək;

– Materialların təqdimatında terminlərdən düzgün istifadə etmək, xəbərlərdə şərhlər verməmək, zəruri hallarda şərhi xəbərdən ayırmaq;

– Mövzuya dair materialların təqdimatında mövcud qanunlara, qaydalara riayət etmək, insan hüquq və azadlıqlarının qorunmasının vacibliyi prinsipinə əməl etmək;

– Materialların təqdimatında ksenofobiya və rasizm elementlərindən uzaq durmaq. Hansısa ərazini koronavirusun yayıldığı bölgə kimi qabartmaqla həmin ərazinin insanının bəşəriyyət üçün təhlükə yaratdığına dair rəy formalaşdırmamaq;

– Xəstəliklə bağlı materialların təqdimatında foto görüntülərin seçiminə diqqətlə yanaşmaq. Bu baxımdan Asiya mənşəli şəxslərin, əsasən də çinlilərin görüntülərini koronavirusla assosiaya etməkdən uzaq durmaq;

– İllüstrasiyalarla manipulyasiyadan, sensasiyon təqdimatlardan uzaq durmaq, sosial şəbəkələrdə yayılmış fikirlərin informasiya dəyərini ciddi şəkildə yoxlamaq;

– Xəstəliyə tutulmuş insanların adlarını çəkməmək, onlar haqqındakı konkret faktları təqdim etməmək. Xəstəliyə yoluxmuş insan vəzifəli, fəaliyyəti ictimai əhəmiyyət daşıyan şəxsdirsə, bununla bağlı materialların təqdimatına həssas yanaşmaq, klişelərdən, interpretasiyalardan uzaq durmaq;

– Xəstəliyin profilaktikası, müalicəsi və müayinəsi ilə bağlı məsələlərin təqdimatına həssas yanaşmaq, bu zaman konkret məqamları önə çəkmək, tibbin və səhiyyənin prioritet seçmədiyi məsələləri irəli sürməmək;

– Peşə fəaliyyətlərini yerinə yetirən jurnalistlərin koronavirusdan qorunmaq üçün təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etmələri vacibdir.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO